Page 41 - "Zəfər və ilğım"
P. 41
Kumiri daha çox kinematoqrafiyadakı işlәrindәn tanıyırdı. 41
Ancaq teatrda oynadığı rollardan da xәbәrdar idi. “İlk sevinc-
lәr”, “Gәnc qvardiya”, “Yeqor Bulıçev” vә s. kimi tamaşalarla
bağlı gәnclik tәәssüratları hәlә dә qalırdı.
“Belә dә, pis aktyor deyil, – öz kabinetinә doğru addım-
layan müdir fikirlәşirdi, – bәlkә dә yaxşı aktyordur, amma
hәr halda, Qritsenko deyil”. Nәdәnsә, Vaxtanqovçulardan
olan sevimli aktyorunu xatırladı. Hәr şeyi elәyәn arvadıdır
– Kassandra! Hm! Deyәsәn, bu aktrisanın dünyasını dәyişmiş
әri – Moskvanın baş arxitektoru olmuş Alabyanın xәtrinә
Mikoyan teatr hәvәskarına çevrilib. RSFSR Mәdәniyyәt
İdarәsinin müdiri ta öz kabinetinә çatanacan dolaşıq fikirlәrdәn
yaxa qurtara bilmәdi. Belә baxanda, bu tәyinatın müәyyәn
yaxşı tәrәflәri dә vardı: әvvәla, tәnqidçi “Danilıç”ın baş
rejissor vәzifәsinә yiyәlәnmәsi mümkün olmayacaq. Mәmurlar
teatrşünas Yevgeni Surkovu öz aralarında belә adlandırırdılar.
İkincisi isә, yeni tәyin olunmuş direktor Nikolay Dupak
Lübimovla işlәmәyә razıdır vә teatrda böyük yenidәnqurma
işlәri aparmaq niyyәtindәdir. Rudakovun yadına düşdü ki,
“Kino evi”ndә nümayiş etdirilәn “Sezuanlı xeyirxah” tama-
şasından sonra Dupak onun yanına gәlib, Lübimov barәdә
tәrifli sözlәr demişdi.
“Dupak qәribә adamdır, – Rudakov fikirlәşirdi, – müha-
ribәnin od-alovundan çıxıb, fәrasәtlidir, amma romantikdir.
Lübimov onun axırına çıxmasa yaxşıdır. Eybi yoxdur, Çapa-
yevin kürәkәnini “Vaxtanqov Kapeli”ndәn qorumağa çalışarıq.
Kim bilir, bәlkә dә bir-biriylә yola gedәcәklәr”.
Sanki Rudakovun fikirlәrini oxuyan Kumir onu “farağat”
vәziyyәtindә azca qabağa әyilәrәk, gülә-gülә qarşıladı.
– Bağışlayın, Yuri Petroviç, – Rudakov nәzakәtlә sözә
başladı, – nahar fasilәsindә bәzәn mәn…
– Lәngiyirsiniz, – Kumir onun sözünü davam etdirdi, –
şahmat oynayırsınız. Bilirәm. İncimәyin, amma bәzi sәlәflә-
riniz kimi çuğulluq elәmәkdәnsә, şahmat oynamaq yaxşıdır.