Page 46 - "Zəfər və ilğım"
P. 46
Roninson, Dodina, Smirnov, Smexov kimi aktyorlar isә hә-
lә işә yaraya bilәr.

– Razıyam, ancaq söz verin ki, mәnim on aktyorumu
teatrın ştatına qәbul edәcәksiniz.

– Yaxşı, bu şәrtinizi qәbul edirәm.
Rudakov Kumirin verdiyi vәrәqә bir daha göz yetirib,
gülümsәdi:
– Maaşdan nahaq yerә şikayәtlәnirsiniz. 300 rubl pis
mәvacib deyil.
– Mәn, әlavә gәlirlәrimi dә nәzәrә alsaq, ayda 600 rubl
qazanıram.
– Yuri Petroviç, tariflәr әmrlә müәyyәnlәşir. Әgәr başqala-
rı bilsә ki, allüziyalarla dolu, protest ruhlu bir tamaşaya gö-
rә Rudakov baş rejissora 500 rubl mәvacib tәyin edib, söz-
söhbәtin qarşısını almaq mümkün olmayacaq. Bu, sizә la-
zımdı?
– Yaxşı, siz deyәn olsun. Ancaq tamaşa haqqında dedik-
lәrinizi başa düşmәdim. Hansı allüziyalardan danışırsınız?
Mәn Brextin mәtni ilә işlәyirәm. Yuzovskinin tәrcümәsi isә
46 Әdәbiyyat vә Nәşr Mәsәlәlәri üzrә Baş İdarә tәrәfindәn
tәsdiqlәnib.
– Yuri Petroviç, әzizim, burada başqa adam yoxdur.
Burada söhbәtdәn yayınmağa vә söz gülәşdirmәyә ehtiyac
duymuram. Kağız üzәrindәki mәtn vә sәhnәdә sәslәndirilәn
mәtn – bunlar ayrı-ayrı şeylәrdir. Sәhnәdә müәyyәn vurğuları
qabardırsan, hansısa fikirlәri ön plana çıxarırsan, birbaşa
zala müraciәt edirsәn (Brextin “kәnarlaşma” prinsipi) vә
budur, tamamilә başqa bir tamaşa alınır. – Rudakov bayaq
şahmat oynayarkәn teatrşünas Viktorla olan söhbәti xatırlayıb,
gülә-gülә әlavә etdi: – Bәzi teatrşünaslar deyir ki, başqalarının
materiallarına istinad edәrәk, sovet hakimiyyәti ilә mübarizә
aparmaq asandır (“hakimiyyәtin mәnbәyi xalqdır, bәs
mәnsәbi nәdir?”), öz materiallarımız әsasında (“Әlvida kirli
Rusiya, ağalar, qullar dünyası”) tamaşa hazırlamaq isә hәr
   41   42   43   44   45   46   47   48   49   50   51