Page 49 - "Zəfər və ilğım"
P. 49
Sevinc” axtarışında

Yaz tәtili zamanı Şukin mәktәbinin dörd tәlәbәsi öz 49
sәhnә әsәrlәrini nümayiş etdirmәk vә iş tapmaq üçün Lenin-
qrad teatrlarına müraciәt etdi. M.Qorki adına BDT-dә vә
“Komediya” Teatrında sәhnә işlәrinin nümayişi ilә bağlı
razılıq әldә edildi. İş elә gәtirdi ki, tamaşalar eyni günә,
amma müxtәlif saatlara tәyin olundu. Saat ikidәn sonra
BDT-dә, axşamtәrәfi isә “Komediya” Teatrında olmalıydılar.
Lüdmila Jivotova lap çәtin vәziyyәtdәydi. O, BDT-dәn
sonra saat beşdә özünü Komissarjevskayanın Teatrına
çatdırmalıydı. Lüdmila burada yerli aktyorla birgә (onunla
Moskvada hazırlaşmışdılar) tamaşadan bir parçanı nümayiş
etdirmәliydi.

BDT-yә saat yarım tez gәldilәr. Onları böyük qrim
otağına ötürdülәr vә hamı növbәylә paltarını dәyişdi. Müxtәlif
tamaşalardan parçalar seçәrkәn hәr birinin fәrdi keyfiyyәtlәrini
nәzәrә almışdılar. Tamaşanın başlanmasına yarım saat qalmış
onları kiçik mәşq zalına gәtirdilәr. Sәhnәdә işlәyәn fәhlә
bәzi xırda-para işlәrlә bağlı onların xahişini yerinә yetirdi.
Deyәsәn, hәr şey yaxşıydı – bir azdan Tovstonoqov onların
oyununu seyr edәcәkdi. Elә tәkcә bunun özü nәyә desәn
dәyәrdi – bu mәşhur teatra düşmәk şansları yaranmışdı.
Ancaq onlara bir fikir rahatlıq vermirdi: burada uğur
qazanmaq nә dәrәcәdә realdır? Teatra gәlәrkәn foyedә
aktyorların fotoqalereyasını görәndә, әhvalları pozulmuşdu
– şәkillәrin hәr birindәn mәşhurlar boylanırdı.

Tovstonoqov bәdii rәhbәrin vә truppa rәhbәrinin müşayiәti
ilә gәlәndә elә hәyәcanlandılar ki, bir müddәt nә edәcәklәri-
ni bilmәdilәr. Ümumi hәyәcan, deyәsәn, tәkcә Viktor Samoy-
lovun işinә yaramışdı. O, Volodya Nasonovla birgә Dosto-
yevskinin “İdiot” әsәrindәn Roqojin vә Mışkin arasında
   44   45   46   47   48   49   50   51   52   53   54