Page 52 - "Zəfər və ilğım"
P. 52
Kabinetin qapısı aralandı vә içәridәn sәs eşidildi:
– Lüdmila Jivotova, buyurun içәri.
Bir neçә dәqiqәdәn sonra kabinetdәn tәlәsik çıxan Lüsya
Viktoru öpdü vә rekvizitini götürüb, çıxışa doğru qaçarkәn
dedi:
– Sağ olun! Tәfәrrüatlar barәdә sonra.
Ondan sonra Alesya Çernova ilә Vladimir Nasonovu
içәri çağırdılar. Onların kabinetdәn çıxmağı xeyli çәkdi.
Alisa ağlayırdı. O, tez-tez burnunu çәkir, göz yaşlarını silir
vә narazılıqla içini çәkirdi.
– Osbornu yıxıb-sürüdü, onu dramaturq saymır, – ağlaya-
ağlaya Viktora şikayәt etdi, – deyir ki, onun dramaturgiyasın-
da motivasiya yoxdur, müәllif hәyatı mәntiqi emosiyalara
qurban verir. Bilmirәm, Palamişevә nә deyәcәyәm. Әhvalı
pozulacaq… Volodyanı fakturaya görә tәriflәdi, ancaq әlavә
etdi ki, bizdә belәlәri kefin istәyәn qәdәrdir. Luspekayevlә
Volkov barәdәsә… İlahi, bura gәlmәyi necә dә arzulayırdım,
bu da nәticә!
Qız başını Nasonovun iri sinәsinә qoyub hönkürdü. Na-
52 sonov onun başını sinәsinә sıxdı, onun da gözlәri yaşardı.
– Mәnim barәmdә nәsә dedi? – Samoylov soruşdu.
– Sәninlә bağlı heç nә demәdi, nә yaxşı, nә dә pis! Heç
nә! Lüsya üçünsә narahat olmağa dәymәzdi, içәridә onlarla
razılaşıb, deyib ki, söhbәtә sabah, tamaşadan öncә gәlәcәk.
– Mәnә elә gәlir ki, o, sәnin oyununu bәyәnib, – Nasonov
söhbәtә qoşuldu, – bıçaqla bağlı sәhnәdәn danışanda dedi
ki, “sәn bıçaq mәsәlәsini ön plana çәkirsәn”, partnyorun isә
yox. Bir sözlә, deyәsәn, onun xoşuna gәlmisәn.
Elә bu vaxt Tovstonoqov otaqdan çıxdı vә başının
hәrәkәtiylә hamıya öz ehtiramını bildirәrәk, Samoylova
müraciәt etdi:
– Viktor, tәlәsmirsiniz ki?
– Yox, necә bәyәm? – Samoylov tәәccüblәndi.
– Fransız dilini yaxşı bilirsiniz?
   47   48   49   50   51   52   53   54   55   56   57