Page 51 - "Zəfər və ilğım"
P. 51
ә eşidirdi. Onun necә nәfәs aldığını müşahidә edib, nә 51
dәrәcәdә uğurlu oynayıb-oynamadıqlarını bilmәk olardı.
Xaçların dәyişdirilmәsi sәhnәsindә Tovstonoqovun nәfәsi
tutulmuşdu, sonra isә az qala hәyәcanla tövşümәyә başladı.
Sәhnәni oynayıb-qurtardıqdan sonra Alisa Çernova “Sakit
Don” әsәrindәki Aksinyanın monoloqunu sәslәndirmәyә
başladı. Uşaqlar isә soyunub-geyinmә otağına qaçdılar.
Növbәti sәhnәni oynamaq üçün paltarlarını dәyişmәliydilәr.

– Deyәsәn, alındı, hә? Georgi Aleksandroviçin gözlәri
bәrәlmişdi, elә bil, Keşayla Lebedyevin varlığını unutmuş-
du, – köynәyini әyninә çәkәn Nasonov әminliklә bәyan et-
di – O, fıs-fıs fısıldayırdı, özü dә heç kәslә kәlmә kәsmirdi.

– Mәnә dә elә gәlir hәmişәkindәn yaxşı çıxış etdik, –
Samoylov razılaşdı.

– Hәmişәkindәn yaxşı? Sәn özün barәdә danışırsan! Lap
vәcdә gәlmişdin, Vitya, hәtta sәnә paxıllığım tutdu. Gözlәrin
yaşaranda mәni dә ağlamaq tutdu. Özümü güclә saxladım.
Roqojin elә-belә ağlamır, qan ağlayır. – Nasonov sәhnәdә
baş verәnlәrә qulaq verib, yerindәn dik atıldı – Tez olun,
deyәsәn, Aliska çıxışını qurtarır.

Vaxtında özlәrini çatdırdılar. Osbornun “Qәzәbliykәn
әtrafına boylan” әsәrindәn parçanı ifa etdikdәn sonra qızlar
rәqs kompozisiyasını göstәrdilәr, Viktor isә fransız dilindә
Kornelin faciәsindәn Sidin monoloqunu söylәdi. Sәhnә
nümayişlәri başa çatdıqdan sonra toplaşıb, Tovstonoqovun
kabinetinә yollandılar.

Rejissor, kömәkçilәri ilә birlikdә öz otağına çәkilmişdi,
odur ki, Şukin dördlüyü katiblikdә gözlәmәli oldu. Lüsya
özünә yer tapa bilmirdi, dәqiqәdәbir saatı soruşurdu. O,
Komissarjevskayanın Teatrına gecikmәkdәn qorxurdu. Bir
müddәt sonra truppa rәhbәri Viktor Samoylovu kabinetә dә-
vәt etdi. Ancaq Viktorun içәri girmәyi ilә çıxmağı bir oldu.

– Nәdir, bәyәnmәyib? – Alisa soruşdu.
– Yox, sadәcә olaraq dedim ki, Lüsya tәlәsir, birinci onu
çağırın.
   46   47   48   49   50   51   52   53   54   55   56