Page 56 - "Zəfər və ilğım"
P. 56
dıcılıq planları haqqında sonra danışacaq. Dupak Kumirә
tәrәf çevrilib soruşdu:
– Düz deyirәm, Yuri Petroviç?
Kumir uca sәslә:
– Demәk olar ki… ancaq bәzi şeylәr әlavә etmәk istәrdim. –
O, ön sәhnәyә gәlib, gülә-gülә hamıya salam verdi vә sakit
sәslә danışmağa başladı: – Mәnim irәli sürdüyüm tәlәblәr
yerinә yetirilmәyәnәdәk sizinlә görüşmәk fikrindә deyildim.
Elә-belә gәlmişdim, teatra baxmaq üçün. Ancaq direktor
burada toplaşdığınızı deyәndәn sonra, sizinlә görüşmәyә
qәrar verdim. Xoş gördük, hörmәtli hәmkarlar.
Gurultulu alqış sәdaları qopdu vә yenidәn sakitlik yarandı.
– Mәndәn incimәmәlisiniz, mәn sözü üzә deyәn adamam
vә fikirlәrimi açıq bәyan edirәm. Mәncә, teatrda ciddi dәyi-
şikliklәr edilmәlidir. Hәm yaradıcılıq, hәm maliyyә, hәm
dә bәzi tikinti işlәrinin aparılması baxımından. Tәkliflәrim
nәzәrә alınsa, әn әsas şeylәr: repertuar, teatrın bәdii siqlәti,
düşdüyümüz vәziyyәtdәn çıxış yolları ilә bağlı toplaşıb, ay-
rıca danışacağıq.
56 – Demәli, hәlә kefdәyik? – zәif işıq düşәn arxa sıralardan
sәs eşidildi.
Zal dәrhal reaksiya verdi.
– Sakit olun! – aktyorlardan biri qışqırdı.
– Qordeyev, şuluq salan sәnin işıqçılarındır? – Direktor
sәrt sәslә soruşdu.
Birdәn arxa sıralardan sakit bir sәs eşidildi:
– Hörmәtli Nikolay Lukyanoviç, biz burada gözlәyirdik
ki, yeni baş rejissor gәlib dәrdlәrimizә әlac elәyәcәk, daha
yaxşı işlәmәyimizә şәrait yaradacaq, amma elә bil Konstantin
Sergeyeviç Stanislavski gәlib, bizi otuz maddә üzrә qovmaq
istәyir vә başımıza çarә qılmağı mәslәhәt görür.
Bu sözlәrin ardınca yenә kimsә nәsә dedi vә bütün ba-
xışlar truppaya yenicә götürülmüş gәnc aktyora zillәndi.