Page 59 - "Zəfər və ilğım"
P. 59
– Deyәsәn, bütün suallara cavab verdim. BDT-nin gәnc 59
aktyoruna tәşәkkür edirәm, – cәnab Bojarom әlini Samoylovun
çiyninә şappıldatdı, – yüngül slavyan aksenti ilә dә olsa,
bizi vәziyyәtdәn çıxardı. Ancaq hәlә ki, mikrofon mәndәdir,
o qәdәr dә yaxşı bilmәdiyim rus dilindә müsyö Tovstonoqova
bir sualla müraciәt etmәk istәrdim:

– Siz teatrın truppasını necә formalaşdırırsınız? Aktyorlar
bizim Molyer, Rassin, Kornel kimi dramaturqlarımızın dilini
mütlәq öyrәnmәlidir?

Tovstonoqov mikrofona yaxınlaşdı, gözlüyünün
yuxarısından zalı seyr edib, özünәmәxsus yoğun sәslә dedi:

– Cәnab Bojarom, icazә verin әvvәlcә ikinci sualınıza
cavab verim, çünki bu suala qismәn özünüz cavab verdiniz. –
Tovstonoqov әyilib, Viktorun qulağına nәsә pıçıldadı, onun
razılığını alıb, yenidәn üzünü iştirakçılara tutdu: – Siz
fransız dilini yaxşı bildiyinә görә bu oğlanı tәriflәdiniz.
Bizim teatr mәktәblәrindә fransız dilini mütlәq öyrәnirlәr.
Sizә demәliyәm ki, tәriflәdiyiniz bu oğlan – Viktor Samoylov
Şukin mәktәbinin mәzunudur. Biz onu bu gün teatra qәbul
elәdik.

Tovstonoqovun sözlәri alqışlarla qarşılandı.
– O, Dostoyevskinin “İdiot” romanından Knyaz Mışkin
obrazını çox yaxşı canlandırdı. Kornelin “Sid”ini dә gözәl
ifa elәdi. Elә indicә Viktordan xahiş etdim ki, qonaqlarımız
üçün hәmin pyesdәn bir parçanı ifa etsin.
Bu vaxt Samoylov artıq yorulub taqәtdәn düşmüşdü.
Mәşhur teatrın ab-havası, çox sayda tanınmış aktyor, üstәlik,
dünya şöhrәtli fransız teatrının nümayәndәlәri – bütün
bunları sanki yuxuda görürdü, belә şeylәrә alışmamışdı.
Hәyәcandan dizlәri әsirdi, dili-ağzı qurumuşdu, әsәri sәslәn-
dirmәyә çәtinlik çәkirdi. Hәm dә növbәti tamaşaya gecikib,
kurs yoldaşlarını pis vәziyyәtdә qoyacağından narahat idi.
Tovstonoqov “Sid”dәn bir parçanı sәslәndirmәyi xahiş
edәndә, dәrhal razılaşsa da, işlәri korlamaqdan qorxurdu.
   54   55   56   57   58   59   60   61   62   63   64