Page 64 - "Zəfər və ilğım"
P. 64
oyunları alınsın. Belәcә, “Sezuanlı xeyirxah”ı oynadılar vә
bircә aya mәşhurlaşdılar, ulduza çevrildilәr. Mәnә korifeylәr,
toy generalları yox, ifaçılar lazımdır. Mәn qısa müddәtdә
repertuar formalaşdırmalı, borclardan qurtarmalı vә yeni
teatr yaratmalıyam.
– Siz “mәn” deyirsiniz, bәs sizә direktor lazım deyil?
Yoxsa teatrı özünüz idarә edәcәksiniz?
– Mәnә hәmfikirlәr lazımdır. Aktyorlarım üçün on ştat
ala bilsәz, demәk ki, lazımsız, onda başqa söhbәt elәyәrik.
Bilin ki, mәn bu teatra kiminsә ambisiyalarını tәmin etmәk
üçün gәlmirәm. Onlar bilmәlidilәr ki, mәndәn farş düzәltmәk
mümkün olmayacaq! Mәnә elә-belә iş lazım deyil, Vaxtanqov
Teatrında işim başımdan aşırdı. – Kumir direktor vә onun
arvadı – Çapayevin nәvәsi (әrinin karyera qurmasında onun
әli vardı) haqqında da bir-iki söz demәk istәdi, ancaq fikrini
dәyişdi. Öz-özünә fikirlәşdi: “Elә arvadlar var ki, onlara
yalnız dözmәlisәn”, sonra ucadan dedi: – Ümid edirәm ki,
mәni başa düşdüz.
O, qaynayan samovara baxıb, getmәk vaxtı olduğunu
anladı.
64 – Bağışlayın, Nikolay Lukyanoviç, çaya qala bilmәrәm,
getmәliyәm. İcazә verin, o biri otaqdan zәng vurum.
Kumir qonşu otağa keçib, qapını arxasınca örtdü. Dәstәyi
götürdü, yaxın dostu, tanınmış dramaturq Nikolay Erdmanın
nömrәsini yığdı.
– Nikolay Robertoviç, salam. Nә var, nә yox? Alındı.
Bu gün saat üçdә Rudakovla görüşdüm. Yarım saat qәbul
otağında gözlәmәli oldum, sonra da sövdәlәşmәyә başladıq.
“Zәmanәmizin qәhrәmanı”nı tamaşaya qoymağa razılıq
verdim. Xahiş edirәm, Nikolay Robertoviç, әsәri pyes şәk-
linә salın. Әlbәttә, görüşәk. Yaxşı, günü sabah görüşmәyә
hazıram. Şәrhlәr? Şәrhlәr dә ola bilәr, niyә dә olmasın.
Elә bu vaxt qapı döyüldü. Kumir dәstәyi әlilә örtüb, uca
sәslә: