Page 60 - "Zəfər və ilğım"
P. 60
Qurumuş dodaqlarını islatmaq üçün stolun üstünә göz
gәzdirib, su axtarmağa başladı. Ancaq stolun üstündә şampan
şәrabından başqa içki gözә dәymirdi. Әlacsızlıqdan әlini
uzadıb, kiminsә qәdәhini götürdü vә dili dolaşa-dolaşa
fransızca dedi:

60
N.Akimov, Q.Tovstonoqov

– Bunu içmәk lazımdır, – bunu fransızca dediyinin fәr-
qinә varınca, rus dilindә әlavә etdi, – elә isә, bu qәdәhi içә-
cәyәm.

Gülüşmә vә alqış sәdaları eşidildi. Viktor bir-iki qurtum
şәrab içdi. Bәdәninә qәribә bir istilik gәldi, alqışlardan
ürәklәndi vә hәr şey qaydasına düşdü. Viktor “Sid”in final
hissәsini ifa edib qurtarana qәdәr alqışlar kәsilmәdi. Hamı
sakitlәşәndәn sonra Tovstonoqov iştirakçılara göz gәzdirib,
ucadan dedi:

– Sağ ol, Viktor. Afәrin, belә bir auditoriyanın qarşısında
hәr adam hәyәcanını boğa bilmәzdi. Şampan şәrabı içsә
belә.
   55   56   57   58   59   60   61   62   63   64   65