Page 61 - "Zəfər və ilğım"
P. 61
Zal onun sözlәrini yenidәn alqışladı. 61
– Müsyö Bojarom, bәzәn öz aktyorlarımla sәrt davranıram,
ancaq onları sevirәm. Bunlar mәnim tәkcә hәmfikirlәrim
deyil – onlarla fәxr edirәm, bu truppanı on illәr әrzindә
formalaşdırmışam. Hörmәtli qonaqlar, icazә verin, Qorki
adına Böyük Dram Teatrının ustad aktyorlarını sizә tәqdim
edim.
Viktor onun dediklәrini bir-bir tәrcümә edirdi. Sonra re-
jissor adları sadalamağa başladı: Tatyana Doronina, Sergey
Yurski, İnnokenti Smoktunovski… Bu zaman bәdii rәhbәr
qolundan tutub, onu yeni gәlәn tәrcümәçi ilә tanış etdi. O,
Viktordan xahiş etdi ki, burada gözlәsin, sonra yeni tәr-
cümәçini Tovstonoqovun yanına apardı vә qayıdıb ona
dedi:
– Çox sağ olun, Viktor, afәrin. Gedәk kadrlar şöbәsinә.
Georgi Aleksandroviçin tapşırığı ilә Şukin teatr mәktәbinә
müraciәt hazırlamalıyıq. Tәbrik edirәm, teatrın rәhbәrliyi
sizi BDT-nin truppasına dәvәt edir. Bizim aktyorlardan heç
kim belә qeyri-adi debüt elәmәyib. Hәr halda, mәn xatırla-
mıram.
Onlar BDT aktyorlarının foto-qalereyasının yanından
keçәrkәn, hәlә dә arxadan Tovstonoqovun sәsini eşidirdilәr,
o, mәşhur truppanın aktyorlarını qonaqlara tәqdim edirdi.
Adlar çәkildikcә, alqış sәdaları zalı başına götürürdü.

Lirik son söz

Ovqatı tәlx olmuş Lübimov direktorun kabinetini tapana
qәdәr xeyli dolaşmalı oldu. Ürәyindә: “Sahibsiz kabinetә
girmәk yaxşı deyil” – fikriylә, üzbәüz qapıya yönәldi. Qapı-
nın üzәrindәki “Baş rejissor” lövhәsini yalnız son anda
gördü. Qapını açıq qoyub, stula әylәşdi vә direktoru gözlә-
mәyә başladı.
   56   57   58   59   60   61   62   63   64   65   66