Page 68 - "Zəfər və ilğım"
P. 68
pauzayla, sadәcә olaraq BDT-dәki çıxışlar barәdә danışmaq,
ya da susmaq imkanı verir. Samoylov bu barәdә sonra da-
nışmağı qәrara aldı. Ancaq Akimov bunu özünәmәxsus şә-
kildә dәyәrlәndirdi:
– Sizin üstünlüyünüz ondadır ki, bizim teatrda bir yerdә
olacaqsınız. Birlikdә yaşamaq vә nә qәdәr qәribә dә olsa,
uğur qazanmaq daha asandır. Göstәrdiyiniz sәhnәlәrә gәlincә,
sizi ancaq tәbrik elәyә bilәrәm. Düz deyirәm, dostlar? – O,
üzünü zalda әylәşәn aktyorlara tutub, soruşdu.
– Afәrin! Әla sәhnәlәr idi! – Hәr tәrәfdәn sәslәr eşidildi.
Alqış sәdaları zalı başına götürdü.
– Görürsünüzmü, kollektivimiz sizә necә qiymәt verir.
Tezliklә yeni tamaşa qoymağa hazırlaşıram, – Akimov pye-
sin adını deyib, Samoylov tәrәfә baxdı: – Yәqin ki, siz ora-
da rol alacaqsınız, ancaq o birilәr dә dәrhal repertuara daxil
edilәcәk. – O, truppa rәhbәrinә sarı çevrilib, әlavә etdi, –
Gertruda İvanovna, bu da sizә yeni nәsil. Qoy Arkadi İvano-
viç lazımi tәdbirlәri görsün. Bu, hәlә hamısı deyil! Biz
paralel olaraq “Kreçinskinin toyu” tamaşasını da bәrpa
68 etmәyә hazırlaşırıq. Burada hamıya yaxşı rollar verilәcәk.
Bu günә kimi tamaşanı sәhnәyә qaytarıb-qaytarmayacağımızı
bilmirdik, amma indi bu, mümkün görünür. Odur ki, teatra
xoş gәlmisiniz. Nümayiş etdirdiyiniz tamaşaların öhdәsindәn
layiqincә gәldiniz, mәn deyәrdim ki, çox yaxşı oynadınız.
Ona görә dә bütün qrupla bağlı tәlәbnamә göndәrәcәyik.
Sizi tәbrik edirәm.
Axşamtәrәfi yorğun, hәyacanlı gәnc aktyorlar yemәk vә
çaxır alıb, “Oktyabr” mehmanxanasına gәldilәr. Moskvaya
hәlә birisi gün, saat on birdә gedәcәkdilәr, odur ki, dincәlmәk
vә Leninqradı gәzmәk üçün kifayәt qәdәr vaxtları vardı.
Bir saatdan sonra qızların otağında görüşmәk barәdә şәrtlәşib,
hәrә öz otağına çәkildi.
Qızların nömrәsi dә hәmin mәrtәbәdәydi. Lüsya vanna
otağına girib, uzun müddәt oradan çıxmadı. Alisa hәr eh-