Page 44 - "Zəfər və ilğım"
P. 44
ayırır, bәzilәri isә, әksinә, qoşurdular. Ayağını yan basan ki-
mi, hamı xәbәr tutur vә ertәsi gün töhmәt verirdilәr. İndi
әgәr açıq danışmağa qәrar vermişiksә, әvvәlcә sualıma
cavab verin: mәni niyә çağırmısınız?
Rudakov qәribә tәrzdә başını yellәdi, dәrindәn nәfәs
alıb, hәmsöhbәtinә doğru әyildi:
– Sizi Dram vә Komediya Teatrının baş rejissoru vәzifәsi-
nә tәyin etmәk tәklifi var. Odur ki, sizinlә yaxından tanış
olmadığıma görә, haqqınızda daha çox şeylәr bilmәk istәrdim.
İnsanı isә, nәhs vaxtlarda daha yaxşı tanımaq olur.
– Aydındır. Qәbul otağınızda gözlәdiyim yarım saat –
nәhs vaxtdır. Belәliklә, gәlin, mәsәlәyә aydınlıq gәtirәk:
Ruben Simonov o vaxtlar Zaxavadan yaxşı rejissor idi.
Ancaq, xatırladım ki, düzdür, arvadımla birgә Simonovu
dәstәklәmişdik, bunun әvәzindә o, tezliklә mәni truppa mü-
diri vәzifәsindәn azad etdi. Bu, Roma üsuludur – sәni ha-
kimiyyәtә gәtirәn adamları aradan götürürsәn.
– Bunu bilirәm. Bu işi itirdiyinizә görә tәәssüflәnirsiniz?
– Mәnim devizim belәdir: geriyә boylanma – taleyin
44 gәrdişidir, sabah hәr şey başqa cür olacaq.
– Bәs sizinlә bu cür rәftar etdiklәrinә görә inciyib-
küsmәdiniz ki?
– Yox, sizә bir şey deyim, özüm xәyanәt etmirәm, xәya-
nәtә nә ilәsә haqq qazandırmağa çalışan adamları da qәbul
etmәk fikrim yoxdu.
– Xәbәriniz varmı ki, tamaşanızda iştirak edәnlәrdәn
ikisi sizdәn çuğulluq edib? Yazırlar ki, siz mәşqlәri Stanis-
lavski sistemi üzrә aparmırsınız…
Kumir kreslodan dik atıldı, sonra başını aşağı salıb,
dişini qıcadı:
– Tәxmin edirdim. Amma xahiş edirәm, kimin yazdığını
demәyin! Hazırda onları әvәzlәyә bilmәrәm. Digәr tәrәfdәn,
gözlәmәk lazımdı, bәlkә, elә özlәri gәlib üzr istәyәcәklәr.
Әks halda, onsuz da, bu “siçovul”ları özüm tapacağam.