Page 39 - "Zəfər və ilğım"
P. 39
di. Tezliklә Kumirlә görüşәcәyini xatırlayıb, söhbәt әs- 39
nasında soruşdu:
– Viktor, sәn teatr şöbәsindә işlәyirsәn, Brextin “Sezuanlı
xeyirxah” tamaşasına baxmısan?
– Baxmışam, – gedişlәri hesablayan rәqib cavab verdi.
– Necәdi?
– Belә dә.
– Belә dә? Bu nәdi, teatrşünas verdiyi qiymәt, yoxsa,
mәqalә başlığı?
– Boris İvanoviç, hәr şey çox sadәdir: “Hakimiyyәtin
mәnbәyi xalqdır, bәs mәnsәbi nәdir?” tipli yad material
әsasında qurulmuş allüziyalarla Sovet hakimiyyәti ilә müba-
rizә aparmağı hamı bacarar, ancaq bunu öz materialları-
mız – “Әlvida, kirli Rusiya, ağalar, qullar ölkәsi” – әsasında
elәmәk hәr oğulun işi deyil. Bu gün-sabah Lermontovun
yubileyidir, amma onun әsәrlәrini sәhnәlәşdirәn tapılmır.
Rudakov gözünü şahmat taxtasından çәkib, cavan oğlanın
üzünә dikildi.
“Gör, kimlәri yetişdiririk, – fikirlәşdi, – bu da teatrşünas-
aptekçilәrin yeni nәsli, “quş qoymaq” xәtrinә şüarları doza-
lara bölmәyi vә Rusiyada heç nәyi sevmәmәyi öyrәniblәr”.
Rudakov “hm” deyib, yenidәn baxışlarını şahmat taxtasına
zillәdi. Bir dә gördü ki, “top”u itirmәk üzrәdir. O dәqiqә
kefi pozuldu, başa düşdü ki, yenә sәhv buraxıb. Nıqqıldaya-
raq, әyri-әyri gülümsәdi vә “qurban” verib, dәsmalla üzünün
tәrini sildi. Ancaq rәqibi uduşlu vәziyyәti qiymәtlәndirmәyib,
gözlәnilmәz gediş elәdi. Bundan istifadә edib, öz mövqeyini
möhkәmlәndirәn Rudakovun kefi duruldu. Başı maraqlı
oyuna qarışan rәqiblәr vaxtın necә keçdiyinin fәrqindә de-
yildilәr. Yalnız Rudakovun katibәsi yaxınlaşanda başları
oyundan ayıldı.
– Viktor Sergeyeviç, – katibә mәzәmmәtlә teatrşünasa
müraciәt etdi, – nahar fasilәsi çoxdan qurtarıb axı. – Sonra
üzünü Rudakova tutub, tamamilә başqa tonda dedi: – Boris
İvanoviç, demişdiniz ki, saat 15.00-da görüşünüz olacaq.