Page 40 - "Zəfər və ilğım"
P. 40
– Hә, hә, yadımdadır, – Rudakov gözünü oyundan çәkmә-
dәn mızıldandı.

– Qonaq narahatdır, donquldanır, deyәsәn, kimәsә zәng
vurub şikayәtlәnirdi.

– Kimә şikayәt elәyirdi, Tanrıya? – Müdir tövrünü poz-
madı.

– Mikoyana.
– Nә? – Rudakov başını qaldırıb, katibәsinә baxdı: dәli
zad olmayıb ki. – Hansı Mikoyana?
– Hәmin o Mikoyana.
– Hardan bilirsәn?
Katibә әyilib onun qulağına pıçıldadı:
– O, zәng elәmәk üçün icazә istәdi vә mәnim yanımda
dәstәyi götürdü. Öz qulaqlarımla eşitdim, deyirdi: “Anastas
İvanoviç, burada it yiyәsini tanımır. Görüş tәyin elәyiblәr,
amma heç kәs gözә dәymir”.
Rudakov saatına baxıb, üzünü turşutdu:
– Siz gedin, iclası yekunlaşdırıb gәlirәm.
– Nә iclas? O, sizin şahmat oynadığınızı bilir.
40 – Hardan bilir? – Rudakov tәәccüblәndi.
– Dedi ki, bunu bilmәyәn yoxdur: nahar zamanı idarәdә
şahmat oynayırlar.
– Volf Messinq olub mәnimçün, – müdir donquldandı. –
Siz gedin, Albina İvanovna, deyin, indi gәlir.
Rudakov yavaş-yavaş yerindәn qalxıb, daha iki gediş
etdi vә qәlәbә intonasiyası ilә dedi:
– Viktor, yerdә qalanı texniki mәsәlәdir. Sәnsә deyirsәn
ki: “qullar, ağalar ölkәsi”, nә bilim nә?
– “Ağalar, qullar ölkәsi”, – teatrşünas düzәliş verdi.
– Yaxşı tamaşada, Viktor, iki çıx bir – heç nәdir, bir
üstәgәl bir isә – sevgidir. Başa düşdün? Hәlәlik.
İkinci mәrtәbәyә qalxan Rudakov müavinini dә çağırmaq
istәdi, ancaq fikirlәşdi ki, hәlә tezdir, әvvәlcә tәkbәtәk da-
nışsa yaxşıdır.
   35   36   37   38   39   40   41   42   43   44   45