Page 36 - "Zəfər və ilğım"
P. 36
L.Tselikovskaya və Y.Lübimov voleybol meydançasında,
1950-ci illər

– Mәnimsә qırx beş yaşım var, on yeddinci ildә doğul-
muşam. Otuz yeddinci ildә, tәxminәn, siz yaşdaydım. Bәli,
Meyerxoldun tamaşalarında olmuşam. İnanın, onu tәqlid
etmәk mümkün deyil, o dahiydi. Ancaq axtarışları davam
etdirmәk lazımdır, hәtta vacibdir. Yalnız bir şәrtlә, sәnәtkar
36 azad olmalıdır, hakimiyyәt teatrın sadәcә bir sifәtdә olmasını
tәlәb etmәmәlidir.

– Bir sifәt deyәndә nәyi nәzәrdә tutursunuz? – Qız
böyük maraqla gözünü Kumirin üzünә zillәdi.

– Moskva Bәdaye Teatrının sifәtini.
Arxadan kiminsә sәsi eşidildi:
– Bu teatrın nәyi xoşunuza gәlmir?
Kumir çevrilib arxaya baxdı – qarşısında öz arvadını
gördü. Bu gün xüsusilә gözәl idi. Burnunu dik tutub
dayanmışdı, firuzәyi gözlәri alışıb-yanırdı – deyәsәn, hansısa
bir sirri bölüşmәk istәyirdi. Ona baxanda düşünmәk olardı
ki, qırx yaş qadın üçün әn gözәl dövrdür.
– Әzizim, maşın “xidmәti giriş”in önündә gözlәyir, biz
tәcili getmәliyik. Xanım, xahiş edirәm, rejissorumuzun
yaxasını buraxın, onu vacib adamlar gözlәyir.
   31   32   33   34   35   36   37   38   39   40   41