Page 32 - "Zəfər və ilğım"
P. 32
Tәlәbәlәr vә müәllimlәr

Hәmin gün, diplom tamaşasının nümayişindәn sonra

Anatoli Vasilyev vә Boris Xmelnitski – tamaşanın iştirakçıları

vә musiqi müәlliflәri, kurs yoldaşları Viktor Samoylovu

itәlәşәn adamların arasında görüb sәslәdilәr.

– Vitya, gedәk, gedәk, sәni şeflә tanış elәmәk istәyirik, –

bir-birinin sözünü kәsә-kәsә dedilәr. – Ona teatr verәcәklәr.

Dostları yuxarılarla danışıb, – Xmelnitski Samoylovun qu-

lağına pıçıldadı. – Odur ki, tamaşanı göstәrmәk üçün Le-

ninqrada getmәli olmayacaqsan, – Vasilyev әlavә etdi, –

Moskvada bir yerdә işlәyәcәyik.

Samoylov Kumirlә ilk dәfә hәmin gün görüşdü. Kurs

yoldaşlarının sәyi ilә qısa, amma dostyana, maraqlı söhbәt

alındı. Sonradan yoldaşları Samoylova dedi ki, o, rejissorun

xoşuna gәlib; Kumir onun diplom tamaşasına baxmaq

fikrindәdir.

…“Sezuanlı xeyirxah” tamaşasının şöhrәti hәr yana ya-

32 yılmışdı. Tezliklә Brextin әsәrlәri әsasında yazılmış pyes
Vaxtanqov Teatrında sәhnәlәşdirildi. Tamaşa bu dәfә dә bö-

yük uğur qazandı. İş o yerә çatdı ki, tamaşaya gәlәn insan

kütlәsi giriş qapısını sındırdı. Tamaşaçıları sakitlәşdirmәyә

çalışan kommersiya direktoru qışqırırdı:

– İtәlәşmәyin, hamını buraxacağıq!

Görünür, aktyorlar, bu cür isti qarşılanacaqlarını bilmir-

dilәr. Uçmağı arzulayan, şәxsiyyәt kimi formalaşmağa ça-

lışan tәyyarәçi obrazı hamının rәğbәtini qazanmışdı, sürәkli

alqış sәdaları ara vermirdi. Zonqlar, xüsusilә böyük әks-sә-

da doğurmuşdu.

O vaxtlar Vaxtanqov Teatrı özünün tәnәzzül dövrünü

yaşayırdı vә tez-tez qastrol sәfәrlәrinә çıxmalı olurdu. Kumir

gah bu, gah da digәr әyalәtdәn zәng edir, teatrın işlәri ilә

uzaqdan-uzağa maraqlanmalı olurdu. Әyalәt teatrlarının bu-

fetindә gözdәn oğurlanıb, araq içәn aktyorlar pıçıldaşırdı:
   27   28   29   30   31   32   33   34   35   36   37