Page 30 - "Zəfər və ilğım"
P. 30
Münasibәtlәri çox yaxşıydı, onun tamaşalarında rol
almışdı, karyerasına görә ona borcluydu… Kumir ilk dәfәydi
ki, rektora qarşı hiylә işlәdir, özünü sәmimi göstәrmәyә
çalışırdı. Bu, bir növ onun indiki statusu ilә uzlaşan firma
nişanı kimi bir şeydi.

– Aramızda qalsın, bu mәtnlәr Siyasi Büronun bәzi
üzvlәrinin xoşuna gәlib (Kumir yalan deyirdi, sadәcә,
arvadının israrlı xahişlәrindәn sonra Siyasi Büronun
üzvlәrindәn biri tamaşaya gәlmәyә hazırlaşırdı). Odur ki,
hörmәtli Boris Yevgenyeviç, yeni 37-ci il mәşәqqәtlәrindәn
qorxmaq lazım deyil. Hәr şey qaydasındadır.

Onun nitqini dinlәyәn rektor daha da qızardı, çiyinlәrini
çәkib gülümsündü:

– Doğrudanmı, bizim Siyasi Büro poeziyanı qiymәt-
lәndirmәyә başlayıb: “Hakimiyyәtin mәnbәyi xalqdır, bәs
mәnsәbi nәdir, görәsәn?”. DTK çoxdandır ki, şairlәrә, rәs-
samlara göz qoyur. Yadınızdadır, Manejdә necә hay-küy
qaldırmışdılar? İnanmıram ki, Siyasi Büro belә şeylәrdәn
razı qalsın. İnanmıram!
30 Kumir cavab vermәdi – onda belә bir hiss yaranmışdı ki,
tamaşa Tanrının özü tәrәfindәn sığortalanıb.

Söhbәtin alınmadığını görәn rektor, nәhayәt, onun halına
acıyırmış kimi dillәndi:

– Nә isә! Görünür, gözәl qadınınız vә siz Siyasi Büroda
hökm sürәn ab-havanı daha yaxşı bilirsiniz. Hesab edәk ki,
mәn sizә xәbәrdarlıq etdim. Rektor kimi öz hüqüqumdan
istifadә edib, bir daha tәlәb edirәm ki, o mahnını tamaşadan
çıxarasınız. Bir mәslәhәtim dә var: tamaşanın tәrtibatında
ağac yerinә lövhәlәrdәn istifadә edirsiniz. Belә ağac olmaz.
Real ağac görüntüsü yaratmasanız, tamaşanın oynanılması-
na icazә vermәyәcәyәm.

– Bunu necә elәyim, deyә bilәrsiz?
– Sütunlara karton yapışdırın. Kartonun üzәrindә ağac
qabığının şәklini çәkin. Bu әmrdir.
   25   26   27   28   29   30   31   32   33   34   35