Page 25 - "Zəfər və ilğım"
P. 25
zәltdi. Uzun müddәt sükan arxasında oturduqdan sonra, 25
belәcә, qıvraq hәrәkәtlә maşından çıxıb qәddini düzәltmәyi
vә vücudunu nümayiş etdirmәyi xoşlayırdı.
O, ortaboy, enlikürәk bir adam idi, boy-buxunundan cid-
diyyәt yağırdı, qara qaraçı gözlәri vә çallaşmış gur saçları o
dәqiqә diqqәt çәkirdi. Artıq çoxdandı ki, Vaxtanqov Teatrı-
nın ulduzu vә tanınmış kinoaktyor idi.
Girişin önündә siqaret çәkәn tәlәbәlәr Lübimovu görәn
kimi, özlәrini yığışdırıb ehtiramla gülümsәdilәr. Lübimov
da öz növbәsindә “Kuban kazakları” filmindәki obrazsayağı
gülümsünüb, onları salamladı vә içәri keçdi.
Kumir qısa gödәkcәsini çıxarıb qarderoba verdi, yolüstü
tanış tәlәbә qızın belini çimdiklәdi, sürahidәn tuta-tuta
(ayağının sınığı sağalmışdı) pillәlәri qalxmağa başladı. Bu
gün GZ-dә (gimnastika zalı) kafedraya diplom tamaşasını,
daha doğrusu, ali teatr mәktәblәrindә deyildiyi kimi, kurs
işini nümayiş etdirmәliydi. Yarım il әvvәl o – mәktәbin baş
müәllimi, öz tәlәbәlәri ilә birlikdә tamaşadan bir parçanı
hazırlamış vә diplom işini sәhnәlәşdirmәk üçün icazә al-
mışdı. Hiss edirdi ki, Bertold Brextin “Sezuanlı xeyirxah”
tamaşası bir növ onun taleyinә çevrilәcәk, teatr hәyatının
mühüm mәrhәlәsi kimi yadda qalacaq.
Kiçik gimnastika zalı tamaşaçılarla dolmuşdu. Onlar
hay-küylü premyeraların birini dә ötürmәyәn teatr hәvәskarları
idi.
Tamaşaçılar onu sürәkli alqışlarla qarşıladılar. Müxtәlif
kurslardan gәlmiş tәlәbәlәr zalı doldurmuşdu, bir çoxu divar
boyu düzülüb, tamaşanı ayaq üstә izlәyirdi. Rejissor adamlarla
salamlaşa-salamlaşa, yanpörtü irәlilәyәrәk improvizә olunmuş
kulisә, aktyorların yanına keçdi.
Qeyri-adi diplom tamaşası ilә bağlı söz-söhbәt, necәsә,
hәr tәrәfә yayılmışdı vә teatr pәrәstişkarları premyeranı qa-
çırmaq istәmirdi. Tamaşaya maraq boş yerdәn yaranma-
mışdı: azadlıq mübarizәsi, hakimiyyәtin ikiüzlülüyü, aldadılan