Page 23 - "Zəfər və ilğım"
P. 23
, odur ki, tez sağollaşdılar. Onlara bir daha görüşmәk nә-
sib olmadı.

Samoylov o söhbәti kiçik “Sony” diktofonuna yazdırmış-
dı. Lübimovla şәrtlәşmişdilәr ki, söhbәtin böyük bir qismi
mәtbuata verilmәsin, qalan hissәsini Samoylov istәdiyi kimi
istifadә elәyә bilәrdi. Qarşısında iki kiçik diktofon vardı. O,
müxtәlif illәrә aid sәs yazılarını dinlәyәrәk sevinirdi ki,
hәmin görüşlәr bu sәtirlәrin meydana çıxmasını şәrtlәndirir.

***
Samoylov Lübanın mәslәhәtini dinlәyib, әlindәki işi kә-
nara qoydu vә yarımçıq saxladığı qırx iki sәhifәnin üzәrinә
qayıtdı. Yazdıqlarını bir daha gözdәn keçirdi – xoşuna gәl-
mәdi. Yazının әvvәli alınmamışdı – teatrın yaranma tarixi
barәdә fәsil әlavә olunmalıydı.
Samoylov teatrın yaranma tarixi barәdә elә dә çox şey
bilmirdi, yalnız adda-budda eşitdiyi söhbәtlәrә isә ümid et-

23
   18   19   20   21   22   23   24   25   26   27   28