Page 18 - "Zəfər və ilğım"
P. 18
Tamaşaçılar onun başına toplaşmışdı, bәzilәri sevinә-sevinә
kitab alırdı. Bu kitabdakı yazılardan biri dә ona hәsr
olunmuşdu – “xoşbәxt rәqib”. “Hamlet”dәki Laert obrazından
söhbәt gedir. Onda Valeri bu rolu oynamamışdı. Söz gәzirdi
ki, kimsә ona mane olub vә bu maneәni o belә aşa bilmәyib.
Sonralar “Hamlet” әtrafında söz-söhbәt o qәdәr uzandı ki,
Samoylov bu qaravәlliyә şәrh vermәyә son qoydu.

– Salam, Viktor! – Zolotuxin onu görüb, ayağa qalxdı.
Samoylov bәdii rәhbәrin kitab satışı ilә mәşğul olduğu
üçün özünü naqolay hiss etdiyini sezib, tez-tәlәsik görüşdü,
bir-birinә kitab hәdiyyә edәrәk inzibatçının otağına keçdilәr.
Bilet mәsәlәsi әlüstü hәll olundu, artıq vidalaşa bilәrdilәr,
ancaq Samoylov ayaq saxlayıb, Lübimov haqqında soruşdu:

– Şef necәdir, Valeri?
– Yaxşı deyil. Ürәyi ağrıyır. “Sklif”ә yerlәşdirmәk istә-
yirlәr, “tәmirә” ehtiyacı var. Bolşoy Teatrla danışıb, “Knyaz
İqor”u sәhnәlәşdirәcәk.
– Onu bayaq gördüm, – Samoylov dedi.
– Harada? – Zolotuxin, hәtta әtrafına göz gәzdirdi, sanki
18 Kumir onun icazәsi olmadan, gizlicә tamaşa zalına keçmişdi.
– Burada, Yuxarı Radişşevskayada, maşınla keçib gedirdi.
– Әminsәn?
– Hә. Mәni başıyla salamladı da.
– Demәli, tanıyıb.
– Hә.
– Görәsәn, niyә gәlibmiş? Bәlkә, teatra da girib… – Zo-
lotuxin bir anlıq fikrә getdi, sonra sanki Samoylovun bura-
da olduğunu xatırlayıb, gözlәnilmәdәn dedi: – Şef sәnin
xәtrini istәyirdi. Düzdür, onunçün “birinci”, “ikinci”,
“üçüncü” dәrәcәli aktyorlar yox idi. Vısotski vardı, ondan
sonra “biz” gәlirdik. Öz kitabında belә dә yazıb: “MӘN,
BİZ, ONLAR”.
– Elә demә, Valeri, o, sәnin dә xәtrini istәyirdi.
   13   14   15   16   17   18   19   20   21   22   23