Page 16 - "Zəfər və ilğım"
P. 16
– Oleq Yakovleviç, – Katerina özünәmәxsus aksentlә
sözә başladı, – sizin gözәl hәkim olduğunuzu bilirәm vә
inanıram ki, hәr şey yoluna düşәcәk. Sizdәn kiçik bir xahi-
şim var: icazә verin, burada bәzi dәyişikliklәr elәyim, artıq
şeylәri otaqdan çıxarım. Yuri Petroviç iki yeni tamaşaya ha-
zırlaşmalıdır, ona uyğun şәrait yaratmaq lazımdır ki, işlәyә
bilsin.

16

Katalin, Yuri və Petya Lübimovlar, 1980-ci il
– Tanrı xatirinә, siz әziyyәt çәkmәyin. Tәsәrrüfat işlәri
müdirinә deyәrәm, hәr şeyi hәll edәr. Hamımız istәyirik ki,
Yuri Petroviç rahat olsun… yeni şedevrlәr yaratsın.
– Yaxşı, yaxşı! Necә deyәrlәr: “Az danış, saz danış”.
Şedevrlәr bax, oralarda hazırlanır, – Kumir gözlәriylә
göylәrә işarә etdi vә arvadıyla vidalaşdı.
Baş hәkim ustadın bu sözlәrini mәzәmmәt kimi qәbul
edib qızardı vә sağollaşıb, Katerinanı yola salmaq üçün
çölә çıxdı.
   11   12   13   14   15   16   17   18   19   20   21