Page 12 - "Zəfər və ilğım"
P. 12
vә zәruri әlavәlәr barәdә qeydlәr aparırdı, ancaq sәhәr yazı
masasının arxasına әylәşәndә, nәdәnsә, iş getmirdi. Orasını
da deyim ki, bu işi ona elә-belә hәvalә etmәmişdilәr.
İş burasındadır ki, Samoylov ingilis әdәbiyyatının bilicisi
vә vurğunu idi. O, ingilis dilini öyrәnәndә yaşının elә vaxtı
idi ki, bunu yalnız fәdakarlıq kimi qiymәtlәndirmәk olardı.
Hәm dә bu yaşda dil öyrәnmәk kimә lazımdır axı? Bu,
fransız dilinin öz mövqelәrini itirdiyi, ingilis dilinin isә dә-
bә mindiyi vaxtlar idi. Yәqin, öz gәnclik arzusunu bu şәkil-
dә gerçәklәşdirirdi – cavanlığında İngiltәrәnin xarici işlәr
naziri İdenә oxşamaq istәyirdi, elә anası da İdenin vurğunu
idi. Uşaqlıqda Robert Stivensonun “Dәfinәlәr adası” әsәrini
oxumaqdan doymazdı. Sonralar, rejissorluğa başlayanda
keçmiş aktyor-dramaturqlar Pristli vә Pinterin pyeslәrini
müxtәlif teatrlarda tamaşaya qoydu. Nisbәtәn az tanınan
başqa bir ingilisin – Çarlz Ridin aforizmi onun hәyat
devizinә çevrilmişdi: “Әmәl әkәrsәn, vәrdiş biçәrsәn. Vәrdiş
әkәrsәn, xasiyyәt biçәrsәn. Xasiyyәt әkәrsәn, tale biçәrsәn”.
Doğrudur, Samoylovun simasında bunların hamısı
gerçәklәşmәmişdi, ancaq sәhәr tezdәn oyanmaq onun ikinci
12 naturasına çevrilmişdi.
İşin qızğın çağında telefon zәng çaldı.
– Viktor Aleksandroviç, salam, – meriyadan Natalya
Fyodorovnanın sәsi idi, – Taqanka Teatrına bilet söz vermiş-
diz, unutmamısız ki?
Samoylovun yadına düşdü: teatrın yeni bәdii rәhbәri
Valeri Zolotuxinlә danışıb, xahiş etmişdi ki, rus dili olimpia-
dasında qalib gәlәn mәktәblilәr üçün bilet mәsәlәsini hәll
etsin. Xeyli bilet ayırmaq lazım idi, odur ki, Valeri Sergeyeviçlә
Samoylov görüşmәliydilәr.
– Narahat olmayın, Natalya Fyodorovna, unutmamışam,
bu gün teatra gedәcәyәm, – dedi. Sonra onlar tәdbirin proq-
ramını vә mükafat fondunu dәqiqlәşdirib, sağollaşdılar.
Görüşә saat yarım qalmış Samoylov Peredelkinonu tәrk
edib, elektrik qatarı stansiyasına doğru addımladı.