Page 8 - "Zəfər və ilğım"
P. 8
Oxucu, Y.Lübimovun dilindən Taqanka Teatrının özünəməxsus
estetikasının formalaşması ilə bağlı müəyyən təsəvvürlər əldə
edə bilər: “Mən Meyerxoldun tamaşalarını görmüşəm. İnanın,
onu yamsılamaq mümkün deyil, o, dahi idi. Ancaq onun ax-
tarışlarını davam etdirmək lazımdır, hətta vacibdir. Yalnız bir
şərtlə, teatra sərbəstlik verilsin, hakimiyyət kollektivin simasını
formalaşdırmağa çalışmasın”.
Müəllifin uğurla təsvir etdiyi tarixi perspektivlərdən savayı,
kitab real, teatral, tarixi faktoqrafiya ilə də zəngindir. V.Vısotski-
nin obrazı çox ustalıqla yaradılıb. Vısotki haqqında o qədər
çox yazılıb ki, oxucuda maraq doğurmaq asan məsələ deyil,
lakin İvanov-Taqanski bunu bacarıb.
Kitabda digər aktyorlar barədə də geniş söhbət açılır, lakin
ən çox bəxti gətirən Filatovdur. Әsərdə bir çox səhnələr
Filatova həsr olunub, onun haqqında müxtəlif mülahizələr
səsləndirilib. O, Taqanka Teatrının son dərəcə istedadlı, saf-
qəlbli, bəzi hallarda öz qiymətini almayan aktyoru kimi təsvir
edilib, adama elə gəlir ki, kitabın yeganə qəhrəmanı Filatov
olduğu halda belə, əsər ciddi ədəbiyyat hadisəsi sayıla bilərdi.
Müəllif, Filatovun aktyor, rejissor, yazıçı kimi obrazını yaradıb.
8 Məlum olur ki, karyerasının əvvəlində Filatov kinematoqrafda
rol almağı arzulayırmış… Ustalıqla, səmimiyyətlə aparılan,
eyni zamanda, ehtiyatlı təsir bağışlayan təhlil asan başa
gəlmir. Kitaba yerləşdirilmiş şəkillərdə (məsələn, “Puqaçov”
tamaşasının təhvil verilməsi səhnəsində) müəllifin kədərli
baxışları çox mətləblərdən xəbər verir. İvanov-Taqanski burada
necə də fikirli, dalğın, maraqlı görünür…
Filatova həsr olunmuş səhifələr, insan şəxsiyyətinin mükəm-
məl təhlili, onun güclü və zəif tərəflərinin ustalıqla təsviri ba-
xımından heyrət doğurur. Bu hissədə başlıqların özü nəyə
desən dəyər: “Filatov yoldaşlığın güzgüsü kimi”, “Şukin
məktəbində”, “Rəqabət (Vısotski və Filatov)”, “Karetada üç
nəfər”, “Fedot-strelets haqqında”, “Leonid Filatov Teatrı”,
“Televiziya həqiqət mənbəyi kimi”, “Әlahəzrət pərdəarxası”...
Esseistin qələmə aldığı etüdlər… İvanov-Taqanski rolların