Page 9 - "Zəfər və ilğım"
P. 9
anması prosesini təhlil edir, inzibati, sosial, siyasi şəraitlə 9
bağlı maraqlı qiymətləndirmələr aparır. Məsələn: “Mədəniyyətə
sərt müdaxilələr dövründə süni, zahiri səciyyə daşıyan demok-
ratiya teatr üçün adi hal idi. Tez-tez kollektivin gözü önündə
mədəniyyəti “idarə edən” məmurlar tərəfindən tamaşalara
elə diletant qiymətlər verilir, elə dəyərləndirmələr aparılırdı
ki, adamın əli üzündə qalırdı”. O vaxtkı siyasi senz, Taqanka
Teatrına qarşı istifadə olunan “ələk” prinsipinin bu cür sərt
formulunu vermək hər adama müyəssər olmayıb.
Müəllifin özü haqda dedikləri də maraqlıdır. O, kənar
müşahidəçi rolunda çıxış etsə də, əsərin qəhrəmanlarından
biri (Samoylov) kimi təkcə çılğın mübahisələrin fövqündə
dayanmır, hətta öz obrazının – “Samoylov”un hərəkətlərini
də neytral mövqedən izləyir, müəyyən araşdırmalar aparır.
Bu, bədii priyom kimi maraqlı olmaqla bərabər, açıq danışmağa
da imkan yaradır. Ancaq bu zaman heç bir qərəzə yol verilmir,
müəllif düzgün intonasiyanı tutmağı bacarır və özü haqqında
başqa, kənar insan kimi danışır – işin çətinliyi də elə bundadır.
Әdəbi, emosional ədəb-ərkan, teatr nəzakətliliyi haqqında
danışarkən, istər-istəməz, Lübimov və Vısotski obrazlarının
üzərində dayanırıq. Həyatda olduğu kimi, əsərdə də bəzən
onların sözü çəpləşir, bəzən də müəllif və həyatın özü baş
rejissor Lübimovla Vısotskini hansısa mübahisə tərəfləri kimi
bir-birindən ayırır.
Bu sətirlərə fikir verin: “Sonralar Samoylov bir daha onu
belə vəziyyətdə görmədi, ancaq o gün həmişəlik yaddaşına
həkk olundu. Sanki teatrda bir kabus dolaşır, gizlicə insanların
arasını vururdu. Әlbəttə, Lübimov Vısotskinin necə qiymətli
sənətkar olduğunu bilirdi. Ancaq teatrın rəhbəri, özüylə gətir-
diyi aktyor qrupunun hamisi kimi bəzən qəlbinin istəyinə zidd
getməli olur, hərdən çox sərt, hətta amansız davranırdı”.
Daha sonra oxuyuruq: “Bütün bunlar, təəssüf ki, unudulmur,
yox olmur, əksinə, insanların qəlbində dərin izlər buraxır. Göz
yaşlarıyla qidalanan və gizlicə böyüyən bu qisas hissi günlərin
bir günü teatrı da, aktyorları da məhv edir”.