Page 14 - "Zəfər və ilğım"
P. 14
***
O gün sәhәr-sәhәr Y.P.Lübimovu xәstәxanaya yerlәşdir-
mәliydilәr. Evdәn çıxanda Katerina әrini qabaqlayıb sürücüyә
dedi:

Taqanka Teatrının beşilliyində çəkilən şəkil, 1969-cu il
14 – Nikolay, maşını başqa yolla sürәrsәn, o, teatrı görmәsә

yaxşıdır.
Sürücü fikirli olduğundan, ya deyilәni eşitmәdi, ya da

başa düşmәdi.
– Dolayı yolla gedәrik, oldu? – Arxa oturacağa әylәşәn

qadın, üzünә ciddi ifadә verib tәkrarladı.
Yolda Kumir arvadı ilә sürücünün sözlәşdiklәrini başa

düşdü, o dәqiqә dә sürücüyә maşını teatrın yanından sürmә-
yi tapşırdı. Maşın Yuxarı Radişşevski küçәsindәki işıqforun
qırmızı işığında dayandı. Elә bu an Lübimov Taqanka Teat-
rının keçmiş aktyoru Viktor Samoylovu gördü. O, keçidin
önündә dayanmışdı. Onlar on beş il olardı ki, görüşmür-
dülәr.

“Onun burda nә işi var?” – Kumir, Samoylovun da onu
gördüyünü sezdi vә әlini yellәyәrәk, salam verdi.
   9   10   11   12   13   14   15   16   17   18   19