Page 19 - "Zəfər və ilğım"
P. 19
– Mәn deyәrdim: hәm elә, hәm dә belә. İndi bu söz-söh-
bәtin yeri deyil. Öyrәnmәk lazımdır, görәk, burada neylә-
yirmiş? Bәlkә, qayıtmaq fikrinә düşüb?
Onun bitib-tükәnmәyәn qayğılardan qırış-qırış olmuş
aktyor sifәtindә bir anlığa işgüzar ifadә yarandı. O, yenidәn
Samoylova tәrәf çevrildi. Bu dәfә bәdii rәhbәrin üzünә
Bumbaraşın tәravәtli gülüşü qonmuşdu.
– Dayan, Valeri, Yuri Petroviçin telefon nömrәsini mәnә
verә bilәrsәn?
– Әlbәttә. Amma indi yox, SMS-lә göndәrәrәm, yaxşı?
– Sağ ol, gözlәyәcәyәm.
– Hәlәlik, dostum, sәni görmәk xoş idi.
Onlar qucaqlaşıb ayrıldılar. Zolotuxin üstünә kitablar
qoyulmuş stolun yanından ötәndә qarderobçu qadına pıçıldadı:
– Kitabları yığışdırın, sonra sizdәn götürәrәm.
*** 19
Axşamüstü Samoylov televiziya xәbәrlәrindәn Lübimovun
ürәk çatışmazlığı diaqnozu ilә xәstәxanaya yerlәşdirildiyini
öyrәndi. İlk dәqiqәlәrdә Samoylova elә gәldi hәr şeyin so-
nu çatıb. Hәmin axşam, çoxdan bәri yaxın münasibәtdә ol-
duğu bir aktrisaya zәng vurdu. Aktrisa dedi ki, Lübimovu
“Sklif”ә yerlәşdiriblәr.
– Deyirlәr, qorxulu heç nә yoxdur.
– Onunla görüşmәk istәrdim, – bu fikir Samoylovun özü
üçün dә gözlәnilmәz oldu. Әvvәllәr Kumirlә görüşmәkdәn
çәkinirdi, indi isә birdәn-birә başa düşdü ki, onunla bir
daha danışmasa, bunu özünә bağışlamayacaq.
– Әlbәttә, görüş. Sәn dava-dalaş salanların içindә deyildin.
Çoxdan çıxıb getmisәn, o, sәndәn inciyib elәmәyib!
– Mәndә onun söhbәtlәri yazılmış üç kaset var. Bolqa-
rıstanda qastrolda olarkәn yazdırmışam.
– Hә, yadımdadır. Ora Türkiyәdәn sonra getmişdik. Sәn
bizi sәrhәddә qarşıladın. Ah, gözәl günlәr idi! Axı o qastrol
sәnin kömәyinlә baş tutmuşdu, – o, gülә-gülә әlavә etdi, –
Bolqarıstandan aldığım “Taqanka” arağını hәlә dә saxlayıram.