Page 22 - "Zəfər və ilğım"
P. 22
– Sәni Taqankada gördüm, – şef incik sәslә dedi. – Ora-
da nә işin vardı? O… – Lübimov sözünü yarımçıq qoyub,
birbaşa mәtlәbә keçdi: – Nә әcәb zәng elәmisәn?

– Sizinlә görüşmәk istәyirәm… İcazәnizlә. Teatrda baş
verәn hadisәlәr barәdә mәqalә üzәrindә işlәyirәm. Mәn
bәzi yaramazların uydurduğu cәfәngiyyata inanmıram.

– Yaxşı, amma bu gün gecdir, hәkim prosedurundan in-
dicә çıxmışam, bәdәnim dәlmә-deşikdir… Sәni sabah saat
on birdә gözlәyirәm. Harada olduğumu bilirsәn?

– Bilirәm, “Sklif”dәsiniz.
– Tapşıracağam, sәni qarşılayıb, yanıma ötürsünlәr. Bir
az tez gәl. Yadındadır, Bolqarıstanda necә vaxt keçirirdik?
– Әlbәttә, yadımdadır. Saatlarla sәnәt haqqında danışırdıq.
Bolqar qәzetlәrinin birindә şәklimiz dә çıxmışdı. Teatrın
şәrәfinә düzәldilmiş “Taqanka” arağının tәqdimat mәrasi-
mindәn çәkilmiş şәkil idi. Hәmin qәzeti hәlә dә saxlayıram.
Yadınızdadı?
– Yadımdadı, yadımdadı. Yanılmıramsa, sәrhәd zonasın-
daydıq. Türkiyә sәfәrindәn sonra. Sәn bir yeşik araq gәtirmiş-
22 din. Etiketdә әla deviz yazılmışdı: “İç, Lübimıy!” (“Lübimov”
soyadından variasiya – tәrc.). Varnaya gedib çatana kimi,
altısaatlıq yolda mәnim qoçularım hamısını içdi, heç veclә-
rinә dә olmadı.
– Hә, dәmir kimi möhkәm truppaydı.
– Onda abır-hәya deyilәn şeylәr vardı, Viktor. Sәnә ba-
ğışladığım şәkli saxlayırsan?
– Әlbәttә, saxlayıram.
– O şәklin arxasında nә yazılıb?
– “Görüşәnәdәk, Samoylov!”
– Qoy tәkrarlayım: “Görüşәnәdәk, Samoylov”.
Ertәsi gün Samoylov xәstәxanaya gәldi vә onlar nahar
fasilәsini dә nәzәrә almaqla, iki saata yaxın söhbәtlәşdilәr.
Sonra söhbәti telefonda da davam etdirdilәr. Telefonda az
danışdılar, tәxminәn on dәqiqә. Arvadı Lübimovun yanınday-
   17   18   19   20   21   22   23   24   25   26   27