Page 17 - "Zəfər və ilğım"
P. 17
Palatada tәk qalan Kumir gәlib yatağa uzandı, yorğun 17
gözlәrini yumub fikrә getdi. Hәyatının yüksәliş anları vә
uğursuzluqları gözlәri önündә bir-bir canlanmağa başladı.
İstәr-istәmәz, hәyatını tamamilә dәyişәn hadisәni – aktyorlarla
onun arasında baş vermiş ixtilafı, Çexiyaya qastrol sәfәri
zamanı aktyorların lәyaqәtsiz davranışını xatırladı. Dönә-
dönә özünә verdiyi sualı bir daha tәkrarladı: o vaxt aranı
qızışdıran, aktyorların arasına nifaq salan kim idi? Qubenko
onların arasında deyildi… Filatov da onun kimi… Bu,
Şvetsova ola bilәr, bir dә Zolotuxin. Elәdir ki, var… Aktyor-
ları üsyana qaldıran o idi. Kimin ağlına gәlәrdi ki, onu işә
götürәn adama qarşı çıxacaq, aktyorları onun üstünә qal-
dıracaq? Hamısının günahı düşüncәsiz, yekәxana rәhbәr-
likdәdir. Bu adamın peşәyә heç bir aidiyyәti olmadığını
bilә-bilә, ona iş-güc hәvalә edir. Ancaq әvvәl-axır onu da
sındıracaqlar, çünki bu fitnә vә intriqaların arxasındakı
tәlәyә hamı düşәcәk: günahkarlar da, haqlı olanlar da. Bu
fikirlәrdәn üşәnib, pәncәrәyә sarı çevrildi.
O, heç kәsә axıracan bel bağlamırdı, qanundan da qorxusu
yox idi, ancaq indi inamsızlığa qorxu da әlavә olunmuşdu.
***
Xidmәti girişdә dayanan növbәtçi, Samoylova dedi ki,
bәdii rәhbәr qarderobun yanındakı tamaşaçı foyesindәdir
vә nәzakәtlә әsas girişdәn getmәsini mәslәhәt gördü.
– Qarderobun yanında? Qәribәdir, – Samoylov fikirlәşdi.
Girişdә özünü yazıçı Samoylov kimi tәqdim etdi. Onu
könülsüz içәri buraxdılar. Az qala qırx il әvvәl, Taqankanın
“qızıl dövrü”ndә teatrın aparıcı aktyoru olduğunu izah
etmәyin mәnası yox idi, burada onu tanıyanlardan heç kәs
qalmamışdı.
Qarderobun yanındakı, üzәrinә kitab dәstlәri qoyulmuş
kiçik stolu uzaqdan gördü. Zolotuxin öz kitablarını satırdı.