Page 10 - "Zəfər və ilğım"
P. 10
Müəllif lazımi ölçüdə olan “linza”lardan istifadə etməklə,
əsl sənətkarların səhnə fəaliyyətini güclə xatırlayan bugünkü
oxucunun gözü qarşısında həmin illərin qəhrəmanlarını
canlandırmağı, böyütməyi bacarır.

Kitaba sənədli dəlillər də əlavə olunub: fotoşəkillər və
gözlənilməz arxiv materialları xüsusi maraq doğurur. Bunların
içərisində müəllifin teatrda çalışdığı vaxtlara aid, hələ dərc
olunmayan fotoşəkillər də yer alır.

“Burada hər şey əlahiddə bir istedad və ürəkaçıqlığı ilə
qələmə alınmışdı”. Bu sözlər “Almazdan tacım mənim” əsəri
haqqındadır. Yazıçı bu sözləri əsərin müəllifi, Yeseninin şeirləri
ilə bağlı fikirlərini bölüşmədiyi V.Katayevlə mübahisədən
sonra dilə gətirir. Beləcə, müəllif vəcdlə “ura” qışqırmaqdan
boyun qaçırır, gənclik prinsipiallığı və zamanın müdrikliyi
bir-biri ilə çulğaşır. Nəticə isə eynidir: “Qələmi mürəkkəbə
çevirənlərə eşq olsun!”

Oxucuya lazımlı, müdrik, səmimi bir kitab təqdim olunur.
Bu kitab sədaqət, vəfa və “Taqanka Teatrının qızıl dövrü”
haqqındadır.

10

A.A.Kolqanova

Filologiya elmləri namizədi,
Mərkəzi İncəsənət Kitabxanasının direktoru.
   5   6   7   8   9   10   11   12   13   14   15