Page 5 - "Zəfər və ilğım"
P. 5
anka Teatrının “qızıl dövrü”
haqqında
Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” kitabının uğur 5
qazanacağı şübhə doğurmur. Bu əsər Moskva sənət tarixinin
elə bir parlaq və əhəmiyyətli hadisəsinə həsr olunub ki, istər-
istəməz oxucu marağına səbəb olacaqdır. “Taqanka Dram və
Komediya Teatrı” dünya miqyaslı uğurların simvoluna çevrilib.
60-70-ci illərdə (XX əsr – red.) Rusiyada onun qədər tanınmış,
diqqət çəkən, mübahisələr doğuran başqa bir teatr yox idi.
Taqanka Teatrı haqqında saysız-hesabsız yazılar yazılıb,
kitablar çap edilib. Lakin bu nəşrlərin çoxu resenziya xarak-
terlidir və ya elmi səciyyə daşıyır. Ona görə də Moskvanın bu
məşhur teatrı haqqında bilgiləri maarifləndirici, populyar,
ümumiləşdirici elementlərlə zənginləşdirə biləcək nəşrə böyük
ehtiyac duyulur. Vaxtanqov Teatrının uğur qazanmış aktyoru,
kino ulduzu Yuri Lübimov, Brext və Meyerxold metodlarının
elementlərini uzlaşdıraraq, yeni səhnə estetikasının əsasını
qoydu və məxsusi “Lübimov model”ini yaratdı.
Lübimovun başçılıq etdiyi Taqanka Teatrı Moskva mədəniyyət
tarixinin parlaq səhifələrindən birinə çevrildi, rejissorun
təşəbbüsü ilə yenidən qurulmuş teatr binası isə Moskvanın
mədəni topoqrafiyasının obrazını formalaşdıran tikililərdən
oldu.
Taqanka Teatrının şan-şöhrəti, populyarlığı, hətta tamaşaçı
ajiotajı belə, Moskva həyatı barədə təsəvvürlərin dəyişilməsini
və yenilənməsini şərtləndirən faktorlardan biri idi. Lakin bir
məqamı nəzərdən qaçırmamalıyıq: bütün çətinliklərə, sovet
məmurlarının törətdiyi maneələrə baxmayaraq inkişaf edən,
çiçəklənən kollektivin fəaliyyətinin ilk illəri teatr tarixçiləri və
tənqidçilər tərəfindən kifayət qədər araşdırıldığı halda, sonrakı
parçalanma, truppayla Lübimov arasında yaşanan ixtilaflar