Page 6 - "Zəfər və ilğım"
P. 6
hələ də öyrənilməyib və baş rejissorun, yaratdığı teatrı tərk
etməsiylə nəticələnən bu hadisələr müəyyən mənada sirr
pərdəsiylə örtülüdür. Ona görə də, V.İvanov-Taqanskinin səyləri
son dərəcə əhəmiyyətlidir, çünki sarı mətbuatın yaydığı şayiələr,
jurnalist hay-küyü, sosial şəbəkələrdə aparılan zövqsüz müza-
kirələrin fonunda kollektivdə baş vermiş fikir ayrılığı və parça-
lanma ilə bağlı müəllifin apardığı soyuqqanlı təhlillər xüsusilə
təqdirəlayiqdir.

Bu qeydlərin meydana çıxması son dərəcə məntiqlidir. Bir-
birinə zidd mənafelərin toqquşması ilə bağlı mənəvi və xidməti
kolliziyaların bütün təfərrüatının tədqiq edilməsi, təhkiyənin
özünəməxsus tonu bu kitabı, Taqanka Teatrı ətrafında cərəyan
edən müəmmalı hadisələrə aydınlıq gətirən, informasiya
aclığını aradan qaldıran müasir sənədli əsərlərin sırasında
əhəmiyyətli mənbəyə çevirir. Müəllifin “maraqlı tərəf” rolunda
çıxış etməsi, əslində qarşıya qoyulmuş vəzifəni xeyli çətinləşdirir:
Taqanka Teatrının tanınmış ilk aktyorlarından biri kimi, o, bir
çox şeyləri daha əhatəli, daha dəqiq və özünəməxsus şəkildə
xatırlayır. Eyni zamanda, hadisələrin iştirakçısı kimi, müəllifin
subyektivliyi də şübhə doğurmur. Bu məqam kitabın dəyərini
6 daha da artırır: əsər hamı ilə birlikdə səhv edən, sevən, teatrı
tərk edən, sonra qayıdan, axtarıb-tapan müəllifin qələmindən
çıxıb.

V.İvanov-Taqanski, sözügedən teatrın bir çox digər məşhurları
kimi, yazıçı-aktyordur. Bu, ona memuarlarını özünəməxsus
tərzdə ifadə etmək üçün əlavə vasitələr verir. Memuarlar han-
sısa tarixi teatr epizodlarının ardıcıl silsiləsi kimi deyil, müəl-
lifin özünün də iştirakçısı olduğu, maraqlı belletristik for-
maya salınmış süjet elementləri kimi təqdim olunur. Doğrudur,
burada memuar müəllifini tanımaq o qədər də asan deyil.
Müəllifin həm şəxsi, həm də yaradıcı həyatında yaşanmış tə-
bəddülatlar yazıçı Samoylovun həyat epizodları kimi verilmişdir.

Yazıçının seçdiyi yazı tərzinin orijinallığı ondadır ki, o,
memuarları belletristik formada, bədii mətn elementlərindən
istifadə etməklə oxucuya çatdırır.
   1   2   3   4   5   6   7   8   9   10   11