Page 7 - "Zəfər və ilğım"
P. 7
Kitabda, hər şeydən öncə, canlı teatrın özünün tarixi 7
maraqlıdır: bu məşhur teatr haqqında xatirələr bizim mədəni
yaddaşımıza hopub və onları heç bir dava, qalmaqal, dedi-
qodu, uydurulmuş və ya gerçək umu-küsülərlə unutdurmaq
mümkün deyil. “Zəfər və ilğım” kitabı da mədəni yaddaşımızda
öz yerini tutacaq, ancaq istənilən halda bu əsər öz orijinal
yanaşmaları ilə başqalarından fərqli mövqeyi ilə seçiləcək.
Elə əsərin adını götürək; kitabı “Zəfər və ilğım” adlandırmaq,
müəyyən mənada risk deməkdir. Kitabın başlığı məşhur Taqanka
Teatrının qırxillik tarixinin formuludur. Teatr, doğrudan da,
böyük, səs-küylü bir zəfər qazanmışdı, baxmayaraq ki, bəziləri
bunun heç bir zəminə söykənmədiyini iddia edir. “İlğım”
İvanov-Taqanskinin kitabının, bəlkə də, ən güclü hissəsidir,
çünki ilğım burada dar cığırın gətirib çıxardığı faciəvi yoldur
və Yuri Petroviç Lübimovun min bir əziyyətlə yaratdığı məşhur
teatrın parçalanmasının, məhv olmasının səbəbi məhz bu yolla
gedənlərin yanlış hərəkətləri olmuşdur. Qeyd etmək lazımdır
ki, müəllif bu məsələni işıqlandırarkən son dərəcə ədəbli,
nəzakətli mövqe tutur. Taqanka Teatrının səhnə həyatında fəal
iştirakını, bir çox aparıcı rolların ifaçısı və burada cərəyan
edən hadisələrin bilavasitə şahidi olduğunu nəzərə alsaq,
müəllifin bu yanaşmasını xüsusi qiymətləndirmək lazım gəlir.
V.İvanov-Taqanskinin bu yanaşması həm də ona görə
qiymətlidir ki, o, hadisələri birinci şəxsin adından qələmə alır.
Әks halda, ağ və qara rənglər üstünlük təşkil edə bilər, dilə
gətirilən həqiqətlər daha ağrılı olardı. Burada hadisələrin
fövqünə qalxmağı bacaran müəllifin bədii məramı təqdirəlayiqdir.
Müəllif, əslində truppanı böhran teatrının kollektivi kimi
görmür.
O, öz personasını Lübimovun yaxın ətrafına yerləşdirmir,
baxmayraq ki, onu Metr, Ustad, Kumir kimi təsvir edir. Müəllif
məhz bu mövqedə dayandığı üçün hadisələrin obyektiv
mənzərəsini yaratmağa nail olur. Odur ki, kitab həm oxucular,
həm tədqiqatçılar (əsərdə çoxlu sənədlərə istinad edilir), həm
də indiki Taqanka Teatrının aktyorları üçün məxəz rolunu
oynaya bilər.