Page 29 - "Zəfər və ilğım"
P. 29
– Әzizim, deyәsәn, siz tәkcә sovet teatrının әnәnәvi for- 29
maları ilә mübarizә aparmırsınız axı, – rektor öz sәliqә-sah-
manlı otağında kresloya yayxanıb, nәzakәtlә sözә başladı, –
hәm dә, Sovet hakimiyyәtinә qarşı çıxırsınız. Ehtiyatlı olun,
bu işlәr yaxşı qurtarmayacaq. Meyerxoldla aramız yaxşı
idi, Tairovu da yaxından tanıyırdım, onların yoluyla getmәk
lazım deyil.
Boris Yevgenyeviç böyük qrafindәn çapma stәkana su
tökdü, ancaq, nәdәnsә, içmәdi. Kumir gördü ki, rektor karı-
xıb, özünә yer tapmır, amma bir qәdәr dә gözlәmәyә qәrar
verdi.
– O rejissorlar neylәyәcәklәrini bilmirdilәr, özlәrini
itirmişdilәr, – rektor sözünә davam etdi. – Hakimiyyәtlә
ixtilafa girdiklәrinә görә peşman olmuşdular, amma artıq
gec idi. Düzdür, ad çıxardılar, tarixә düşdülәr, ancaq nә
olsun, istedadlarının, qabiliyyәtlәrinin heç yarısından da
yararlana bilmәdilәr! Әminәm ki, onlar daha çox iş görә
bilәrdilәr. Buna görә dә mәn diplom tamaşalarında epataj
xarakterli bәzi zonqların1 әleyhinәyәm, xüsusәn dә hakimiyyәt
әleyhinә olan zonqların. Pyesdә sosialist cәmiyyәtinin
ünvanına heç bir tәnqid yoxdur, ancaq “hakimiyyәt vә xalq”
haqqında sizin әlavә etdiyiniz zonq, siyasi bәdbinliyә
qapılmış tәnqidi ruhlu insanların dәyirmanına su tökür.
Yaxşı-yaxşı düşünün vә belә şeylәrdәn әl çәkin. Geriyә
yarım addım atmaqla әskilmәzsiniz, tamaşa da heç nә
itirmәz, әks halda, “saray” tәnqidinin qәzәbinә tuş gәlә
bilәrsiniz. Başa düşün, tamaşa alınıb. Kütlәdәn alqış qoparmaq
naminә öz gәlәcәyini tәhlükә altında qoymağa dәyәrmi?
Rektoru sonacan, diqqәtlә dinlәyәn Kumir gülümsünüb
cavab verdi:
– Sizin sözlәrinizdәn sonra nümayiş etdirdiyim tamaşada
bәzi sәhnәlәrә yenidәn әl gәzdirmişәm.
1.Zonq – B.Brextin “Epik teatr”ında musiqi nömrәsi, Qrotesk xarakterli bal-
lada növü