Page 37 - "Zəfər və ilğım"
P. 37
Kumir arvadının tindәki “Volqa”sına әylәşdi… Maşın 37
Arbat meydanına burulub dayandı.
– Yura, bazar ertәsi gündüz saat 3-dә sәni Mәdәniyyәt
İdarәsindә gözlәyәcәklәr. Sәnin Dram vә Komediya Teatrına
baş rejissor tәyin olunmağın haqqında mәsәlә hәll olunub.
O, gözlәrini yumdu, sanki onu elektrik cәrәyanı vurmuşdu,
sonra arvadını qucaqlayıb, öpmәyә başladı. Yoldan ötüb-
keçәnlәrin bir çoxu onları tanıyıb, kinayәylә söz atırdılar.
Onlar qarayaxa baxışlardan gizlәnmәk üçün yaxınlıqdakı
kafeyә girdilәr. Ancaq burada da onları rahat qoymadılar.
Arbat meydanında avaralanan adamlar kafenin pәncәrәsi
önündә oturan mәşhur cütlüyü göstәrib, öz aralarında nәsә
danışırdılar. Teatrdan qayıdan reportyorlardan biri sırtıqcasına
pәncәrәyә yaxınlaşıb, fotoaparatını çıqqıldatmağa başladı.
Göz yaşlarına boğulan Kumir isә sağlıq deyirdi.
– Lüsya, sәn mәnә tәkcә arvad olmamısan, hәmişә hiss
etmişәm ki, hәm dә mәnim qoruyucu mәlәyimsәn. Әmin
idim ki, sәn mәnә sevgi, xoşbәxtlik, ev qayğısından savayı,
nәsә böyük bir alәm bәxş edәcәksәn, taleyimi dәyişәcәk-
sәn... – o, sözünün ardını gәtirә bilmәdi. Ancaq onun sözünü
arvadı davam etdirdi:
– “Mәni şöhrәtә qovuşduracaqsan” demәk istәyirsәn,
hә? Hә, mәn şan-şöhrәtin qapısını sәnin üzünә açdım. Bir
fransız tәyyarәçisi deyib ki: “Tәyyarә nә qәdәr gözәl olur-
sa-olsun, әgәr uçmursa, insanlar üçün eksponat olaraq qa-
lır”. Bax, belә! Bunu unutma, Yura! Qarşıda sәni böyük iş-
lәr gözlәyir. Bu peşә insana hәr şeyi bağışlayır, tәkcә etibar-
sızlıqdan başqa.