Page 42 - "Zəfər və ilğım"
P. 42
Rudakov gözlәmәdiyi komplimenti könülsüz dinlәdi,
ancaq heç nә demәdәn stol arxasına keçdi. Öz iş tәcrübәsindәn
bilirdi ki, bәzәn susmaq hәmsöhbәtin, sәhvini başa düşmәsi-
nә kömәk edir. O, uca sәslә katibәsini sәslәyib, çay vә
qoğal gәtirmәsini tapşırdı vә kresloya yayxandı.

– Sizә qibtә elәyirәm, Boris İvanoviç, – müdiri gözlәmәk-
dәn rәncidә olmuş Kumir sakitlәşmәk bilmirdi.

– Nәyimә qibtә elәyirsiniz? – Rudakov tәәccüblә soruşdu.
– Mәn axı uzun illәrdi, nahar elәmirәm: sәhәr-sәhәr mә-
şqlәr, günorta әlavә işlәr, axşamlar tamaşa… yalnız istira-
hәt günlәrindә nahar elәyә bilirәm, o da çox vaxt restoran-
da. Baxmayaraq ki, arvadım gözәl yemәklәr bişirir.
– Sakit olun, Yuri Petroviç, әylәşin, – Rudakov tәmkinini
qorumağa çalışaraq, ona yer göstәrdi. – Şair Georgi İvanov
demiş: “Susmazdan әvvәl danışmaq lazımdır”.

42

Y.Lübimov və N.Dupak – teatr foyesindəki portretlər,
1960-cı illər

– Nә ağıllı cәnabdır, – Kumir cavab verdi.
– Deyәsәn, söhbәtimiz uzun çәkәcәk.
– Sizi diqqәtlә dinlәyirәm, Boris İvanoviç.
– “Sezuanlı xeyirxah” tamaşası necә gedir?
– Yaxşı. Dәvәt edirlәr, oynayırıq. Bu yaxınlarda Dubnada
   37   38   39   40   41   42   43   44   45   46   47