Page 43 - "Zəfər və ilğım"
P. 43
uq. Bizi hәmişәlik oraya dәvәt edirlәr, orada teatr yarat- 43
maq istәyirlәr.

“Sәn Moskvanı qoyub, dünyanın o ucundakı Dubnaya
getmәzsәn”, – Rudakov ani olaraq fikirlәşdi.

– Biz yaxşı sosialist tәşәbbüsü ilә çıxış edirik, zavod
klublarında oynayırıq.

– Proletariat sosialist tәşәbbüsünü necә qәbul edir?
– Ziyalılardan yaxşı. Hәr halda, daha düşüncәli yanaşırlar.
– Nә mәnada?
– Şәbәdә qoşmurlar. Hamı hәr şeyi başa düşür, baxmayaraq
ki, universitet-filan bitirmәyiblәr.
– Bәs rektor Zaxava? Hәlә hirsi soyumayıb?
– Onun bәzi qeydlәrini qәbul etdik vә nәzәrә aldıq. Yer-
dә qalanları, zәnnimcә, tamaşaya xәlәl gәtirә bilәrdi. Müәl-
limlә fikir ayrılığına son qoyduq.
– Mәsәlәyә düzgün yanaşırsınız. Biz sizi dәstәklәyirik.
O, Ruben Simonovla teatrı bölәndә, siz kimin tәrәfindәydiniz?
– Arvadımla mәn Simonovun tәrәfindәydik.
– Amma sәhv etmirәmsә, siz Zaxavanın aktyoru ol-
musunuz…
– Hә, olmuşam.
– Bәs necә oldu ki, әks düşәrgәdә yer aldınız?
– Çox maraqlıdır? Xәyanәt mәsәlәlәrini tәdqiq edirsiniz?
– Allah elәmәsin, Yuri Petroviç.
Elә bu vaxt katibә çay vә qoğal gәtirdi, qondarma tә-
bәssümlә Kumirә göz yetirib, nazlı-qәmzәli yerişlә otağı
tәrk etdi. Çay dolu stәkanları götürüb, әdәblә bir-birini süz-
mәyә başladılar. Rudakov stәkana şәkәr salıb, qarışdıra-qa-
rışdıra dedi:
– Әziz Yuri Petroviç, madam ki, görüşmüşük, açıq danış-
malıyıq. Özünüzü sәrbәst hiss edin, istәyirsiniz, telefonu
söndürüm, mane olmasınlar…
– Yox, lazım deyil. Mәn uzun illәr Beriyanın ansamblın-
da aparıcı işlәmişәm, orada bәzilәri telefonu şәbәkәdәn
   38   39   40   41   42   43   44   45   46   47   48