Page 45 - "Zəfər və ilğım"
P. 45
– Növbәti mәsәlәyә keçәk, hörmәtli Yuri Petroviç. – 45
Rudakov qovluqdan bir vәrәq götürüb, әlavә etdi: – Bu,
Dram vә Komediya Teatrına sizin baş rejissor tәyin olun-
mağınız haqqında әmrdir. Mәn buna imza atmalıyam. Bu
teatrda işlәmәyә hazırsınızmı? Teatrla tanışsınızmı?

– Tәәssüf ki, teatrla yaxından tanış deyilәm. İşlәmәyә
hazıram, bu barәdә teatrın direktoru Dupakla da danışmışam,
bizi birlәşdirәn mәqamlar çoxdur. Bax, belә. Tәkrar edirәm,
işlәmәyә hazıram, amma bәzi şәrtlәrim var.

– Belә de! Hansı şәrtlәrdi?
Kumir qoltuq cibindәn bir vәrәq çıxarıb, Rudakova uzat-
dı:
– Burada otuz maddә var, yeni teatr yaratmaq üçün
bunlar yerinә yetirilmәlidi.
Rudakovun gözlәri irilәndi, o, kağıza ötәri göz gәzdirib,
çal saçlarını tumarladı:
– Bu maddәlәri öyrәnmәk üçün mütәxәssislәrdәn ibarәt
bütöv bir sinklit1 toplanmalıdır. Nәzәrә alsaq ki, cәmisi bir-
iki belә mütәxәssisimiz var, bu iş yarım ilәdәk uzana bilәr.
Ona görә dә, gәlin belә elәyәk, biz bu maddәlәrә baxarıq,
hәlәlik isә, deyin görüm, truppayla necә davranacaqsınız?
– Qovacağam!
– Belә. Hamısını, yoxsa bәzilәrini?
– Bilirsiniz, Boris İvanoviç, oraya tәk getsәm, köhnә
truppanın daxilindәki intriqalar, dedi-qodular işlәmәyә qoy-
mayacaq, girinc qalacağam. Onlar mәni sıxıb, suyumu
çıxaracaqlar. Odur ki, hәr şeyi yenidәn, sıfırdan başlamaq
lazımdı.
– Olar, niyә dә olmasın. Elә isә, sizә bir tәklifim var: gә-
lin, adamları çölә atmayaq, onları qısa müddәtdә yerbәyer
elәyәrik. Bax, keçmiş baş rejissor Plotnikovu artıq işlә tә-
min etmişik. Çalışarıq qocaları tәqaüdә yola salaq. Maxov,

1Sinklit – qədim Yunanıstanda əyanlar məclisi
   40   41   42   43   44   45   46   47   48   49   50