Page 90 - "Yolüstü söhbət"
P. 90
Ancaq, doğrudan, qabaqdan yay gəlirdi, iki ay tətildə,
Salman demiş, bir az pul qazanmaq ziyan eləməzdi, evdən
bir bəhanə tapıb, hərdən burada gecələmək fikri də adamın
içini indidən qıdıqlayırdı.

Ona görə Salmanın köntöy sözlərinə baş qoşmurdum.
Susurdum, çox dirənəndə də mızıldayırdım ki, dərslərimi
çatdıra bilmirəm.

Salmanın buna da cavabı hazırıydı: “Ə, dərs oxuyan ol-
sanız, vallah, heç özüm sizi bura yaxın qoymaram. Qırımı-
nızdan görürəm nə yuvanın quşusunuz. Canınıza əziyyət
vermək istəmirsiniz. Sabahını düşünən adam zəhmət çəkər
bir az tez durar, bir az gec yatar: “Öyrəşibsiniz ata-ana əli-
nə baxmağa, qarnınızı doyuzdursunlar, qəpik-quruş ver-
sinlər, siz də gününüzü keçirəsiniz”.

Bu gedişlə, deyirdi, axırınız nə olacaq, guya institut
qurtaranda birdən dönüb başqa adam olacaqsınız?! Özünüzü
aldatmayın, xeyri yoxdu, indi zibilsiniz, oxuyub qurtaranda
da əclaf olacaqsınız.

Salmanın sözlərinə sonra öz aramızda gülürdük.
Öz aramızda ona ad da qoymuşduq: “köntöy Salman”.
Qarabağa könüllü gedəndə xalam vay-şüyən qoparırdı,
fikrindən daşındırmaq üçün özünü xəstəliyə də vurdu.
Bizsə Salmana qəhrəman kimi baxırdıq. Beş-altı aydan
sonra yaralanıb qayıtdı.
Bir az xəstəxanada yatdı. Sonra xalam kağız-kuğuz
düzəltdi, döymədiyi qapı qoymayıb, axır birtəhər bu dükan
yerini aldı.
Xəstəxanadan çıxanda biz Salmanın özündən çox, onun
müharibə haqqında xatirələrini gözləyirdik.
Ancaq elə bil mərminin yeli vurub başından yaddaşını
da aparmışdı.

90
   85   86   87   88   89   90   91   92   93   94   95