Page 87 - "Yolüstü söhbət"
P. 87
Ayağa durub siqaret yandırdı. Tüstüsünü acgözlüklə
sinəsinə çəkdi:
– Qurtar bu söhbəti.
Qadının baxışlarındakı narahatçılığa bir az da qorxu
hopmuşdu:
– Sənin üçün çətin olacaq, sənin üçün...
Ani olaraq kişinin beynindən keçən fikir onu əsəbiləşdirdi:
“Əgər onun da mənə yazığı gəlirsə, demək, doğrudan da,
axmaq iş tutmuşam”.
Qadını sancmaq üçün ürəyində qarşısıalınmaz bir arzu
doğdu, hirslə əlindəki siqareti yerə atdı.
Qadın həssas idi. Kişinin dediyi sözlərə peşman olduğunu
hiss elədiyindən, incimədi. Yadına nəsə düşdü, gülümsədi:
– Bilirsən, anam sənin haqqında eşidəndə elə sevindi ki.
O fikirləşirdi ki, daha məni çətin alan olar.
Anası, doğrudan da, buna inanmırdı. Hər dəfə qaytarılmış
cehizin yığıldığı otağa girəndə arvadı od götürürdü:
– Nə olacaq sənin axırın, a bala? Sən niyə belə bəxtsiz
oldun?!. Dörd ay da gəlinmi saxlayarlar, ay köpəy oğlu,
aşnan varıydı, uşağın varıydı, daha qızı niyə bədbəxt elə-
yirdin!.. Belə də dərdmi olar göstərdin, ay Allah, nə iş tut-
muşuq?.. Səni indi kim alacaq, ay bədbəxt qızı, ay bəxtiqara...
Kişi təzədən siqaret yandırdı. Barmaqları xəfifcə titrəyirdi:
– Elə şey var ki, onu gərək deməyəsən.
Qadın əllərini qoynuna qoymuşdu. Bayıra baxırdı:
– Yağış yağır...
Kişi də pəncərəyə sarı çevrildi. Üşürgələndi.
– Hə, yağır...
Pəncərədən içəri tökülən yağış damcıları otağın işığında
nöqtə-nöqtə parıldayırdı.
87