Page 88 - "Yolüstü söhbət"
P. 88
Qapı açıldı. Balaca bir uşaq içəri girib, əlindəki nimçəni
utana-utana stolun üstünə qoydu:
– Anam göndərib, nuş olsun!
İkisi də gözünü nimçəyə dikmişdi, ikisi də eyni hissi
keçirirdi. Elə bil ki, yad bir yerdə yad adam idilər və qatar-
da olduğu kimi, durub indicə hərəsi bir yana gedəcəkdi.
Qadın bu hissi yox eləmək üçün, bu evin sahibəsi oldu-
ğuna inanmaqdan ötrü çaydanı götürüb qaz pilətəsinin
üstünə qoydu.
Kişi bayaqkı incikliyi unutmuşdu. Başını qaldırıb qadına
baxdı. Onun biçimli ayaqlarına, ətli qollarına, açıqda qalmış
gözəl boynuna baxdı. Fikirləşdi ki, bu saat, bu dəqiqə o
qollara toxuna bilər, azca yana əyilmiş o boynu öpə bilər.
Və bunun üçün qadın ona heç nə deməz.
Bu hissi keçirmək kişiyə o qədər xoş gəldi ki, özünü
saxlayammayıb qadını sinəsinə sıxdı.
Qəfil təmasdan qadın diksindi. Çevrilib qapıya baxdı.
Uşaq qapını açıq qoymuşdu.
Qadının gözlərində utancaq bir təbəssüm yanıb söndü.
“Görən olmadı ki?!”
Oğurluq üstündə tutulmuş kimi, kişi də gülümsədi.
Aralı qapıdan qonşunun eyvanı, bir də məhəccərli
pilləkən görünürdü. Kimsə su kranını bağlamağı unutmuşdu.
Suyun həzin şırıltısı otaqda da eşidilirdi... Onların unuda
bilmədikləri, bir-birlərindən ayrı yaşadıqları keçmiş kimi.
Ancaq bu keçmişi unutmaq lazım idi. Yoxsa bir yerdə
yaşamaq çətin olacaqdı. Hər ikisi bunu başa düşürdü.
Kişi qapını örtdü.
88