Page 86 - "Yolüstü söhbət"
P. 86
– Qorxursan ki, dolanammıyaq?! Şükür Allaha, iki əlim,
iki ayağım var, bir parça çörək qazanmağa, ailə dolandırmağa
gücüm çatar...
Qadın tez dilləndi:
– Yox, yox, elə düşünmə, mən ondan qorxmuram, hər
halda, mən də işləyəcəyəm. Ancaq ... – Nə qədər pis olsa
da, qadın bəzən ürəyindəkiləri gizlətmirdi. – Qorxuram
peşman olasan, incimə, bilirəm, sən bunu büruzə verməzsən...
Belə yaşamaq mənə ölümdən pisdir.
Kişi çarpayıda oturdu.
– On yeddi yaşında deyiləm ki, gündə bir fikrə düşüm.
Mən hər şeyi götür-qoy etmişəm, hər şeyi...
– Bəs atan, anan?.. Axı onlar da sənin xöşbəxtliyini
istəyir, mən heç vaxt sənə ata-anandan əziz olammaram.
Atasının hirsli-hirsli dediyi sözlər hələ də onun
qulağındaydı: “Otuz yaşına kimi gözlədin ki, ərdən çıxmışın
birini alasan?! Qonum-qonşunu üstümüzə güldürmək
istiyirsən hə?.. Mən qoymaram bu evə eləsi gəlsin, qoymaram.
Əgər məni saymırsan, get evlən, harda yaşayırsan yaşa,
ancaq bu evə gəlmə”.
...Kişi əlini saçlarının arasına saldı.
Köks ötürdü:
– Hə, elə mən də xöşbəxt olmaq istiyirəm. Hamı öz
atında, ancaq eyni yerə gedir.
Qadın onun ağarmış gicgahlarına baxdı: “Görən, inanırmı
ki, həmişə onu sevmişəm, həmişə, neçə il qabaq da...”
– Sən əvvəl belə cürətli deyildin, yoxsa hər şey yaxşı
olardı. Mən də qarşında gözükölgəli dayanmazdım... Bir
söz də deməmişdin, eyham da vurmamışdın...
Kişi bu haqda danışmaq istəmirdi. Keçənləri yada salmaq
nəyə lazımdı? Onsuz da olan olmuşdu.
86