Page 91 - "Yolüstü söhbət"
P. 91
Bir kəlmə də müharibədən danışmırdı, çox üz vuranda
da hirslənirdi, belə, deyirdi, ürəyiniz atlanır, çox bilmək is-
təyirsiniz, əl-qolunuzu tutan ha yoxdu, gedin öz gözünüzlə
görün.
Bazara bitişik olsa da, dükan görünən yerdə deyildi,
ona görə alver yaxşı getmirdi.
Bunun o qədər dəxli yoxdu, Salman razılaşmırdı, babat
malın ola, böyür-başdakılardan da ucuz verəsən, gör nə
həngamə qopar, müştəri əlindən dizini qatlayıb bir hovur
otura bilməzsən. Sonra başlayırdı planlar qurmağa, bu
planların da başı axırda gedib pula dirənirdi.
Bir az pul yığsa, pəncərələrə şüşə saldıracaqdı, yerə tax-
ta döşətdirəcəkdi, mal dalınca getmək üçün alababat maşın
isə, bu, bir az qəliz məsələydi, çox sonraların işiydi. Əsas
məsələ dükanı səliqə-sahmana salıb, bir satıcı götürməkdi.
Onda bu yırtıqxana, doğrudan, əməlli-başlı dükan ola-
caqdı, o da əməlli-başlı tacir.
Əli cibində axtarıb-tapıb malını gətirəcəkdi, satıcı da bir
ucdan xırıd eləyəcəkdi. Onda, ən başlıcası, biz kimi düdə-
mələrə də möhtac olmayacaqdı.
Ancaq Salmanı öz planlarından geninə-boluna ləzzət
almağa qoymurdular. Pul-para, ya nəsə qoparmaq üçün
dükana edilən növbəti “basqından” sonra, bir gün əvvəlin
sözləri yadından çıxırdı. Dükanı da söyürdü, onu dükana
ürcah eləyəni də, öz gün-güzəranını da.
Ə, belə şey olar, deyirdi, belə yaşayış olar, bunun biri
gəlsin, ikisi gəlsin, hər yetən dürtülür bura, guya dədələrinə
borcum var, guya bank üstə oturmuşam, qazansam, elə
dükanı abıra salaram da, qəpik-quruşdan ötrü daha bütün
günü it kimi sitilləmərəm burda.
91