Page 93 - "Yolüstü söhbət"
P. 93
Kitab-dəftərimi qoltuğuma vururdum, günorta evə qa-
yıtmağın dərdindən özümlə yemək də götürürdüm. Dükanda
qaraltı eləyirdim, Salman da lazım olanda rahatca ora-
bura gedə bilirdi.

Bir gün yenə Feyzi kişi gəlib sakitcə peçin böyründə
özünə yer eləmişdi.

Mən də Salmanın atmacalarını qulaqardına vurub dərsimi
oxuyurdum.

Feyzi kişi getmək üçün qalxanda, Salman götürüb sel-
lofan torbaya ayın-oyun atdı ki, onu boş yola salmasın.
Ancaq əli uzanılı qaldı, Feyzi kişi pul istədi.

Salman duruxdu:
– Pulu neynirsən? – dedi.
Feyzi kişi dilini sürüdü:
– Lazımdı.
– Nəyinə lazımdı?
– Lazımdı…
Salman dönüb mənə baxdı. Üzündə qəribə ifadə varıydı.
Guya Feyzi kişi heç nədən onu təhqir eləmişdi.
– Pul sənin nəyinə lazımdı?!
Feyzi kişi daha dillənmədi. Eləcə büzüşüb durmuşdu.
Salman bir yerdə dayana bilməyib vurnuxdu. Sonra gə-
lib yenə düz Feyzi kişinin qabağında dayandı. Torba hələ
də əlindəydi.
– Sən axı niyə yaşayırsan! – Pıçıltı ilə dedi. Mən qorxdum
ki, o, bu saat ağlayacaq.
Onu sakitləşdirmək üçün nəsə mızıldadım. Ancaq Salman
məni eşidəsi halda deyildi.
– İndən belə yaşamağının nə mənası?! Təzədən oğulmu
tapacaqsan, ailəmi quracaqsan, yurdmu salacaqsan?! Sən
axı niyə ölmürsən, kişi!

93
   88   89   90   91   92   93   94   95   96   97   98