Page 92 - "Yolüstü söhbət"
P. 92
Çox vaxt arxalarınca danışırdı, üzdə yatımına gedirdi,
çalışırdı birtəhər yola salsın. Neyləyim, deyirdi, əlacım nə-
di, bunlardan nə desən çıxar, gecəynən yandırıb bir qəzet
atsa içəri, kimə şikayət eləyəsiyəm.

Dükana bir qarın çörək üçün gələnlər də varıydı.
Onlara Salman darılmırdı, bəzilərinə pul verirdi, bəzilərinə
ayın-oyun. Feyzi kişiyə isə artıq üz-gözümüz öyrəşmişdi.
Balaca, arıq adamıydı, altmış-altmış beş yaşı olardı.
Əynində əsgər kürkü, başında əsgər papağı gəlib dinməz-
söyləməz tok peçinin böyründə otururdu, hərdən Salmanın
naharına da ortaq olurdu.
Feyzi kişi Qarabağ qaçqınıydı, müharibədə bütün ailəsini
– oğlunu, gəlinini, iki nəvəsini itirmişdi.
Gününü bazarda keçirirdi, kimisinə su gətirirdi, kimisinin
malını daşıyırdı, əvəzində heç nə istəmirdi, ancaq nə ver-
səydilər də götürürdü. Salmanın Qarabağda döyüşdüyü-
nü bilirdi, bəlkə elə ona görə dükana tez-tez gəlirdi.
Bir dəfə istədi söhbətə də çəksin, ondan hansı tərəfdə
vuruşduğunu soruşdu. Salman tezcə mızıldadı ki, siz tə-
rəfdə olmamışam. Ondan sonra daha bu mövzuya qayıt-
madılar.
Feyzi kişinin bir dəfə üzünün güldüyünü görmüşdüm.
Eşidəndə institutda oxuyuram, maraqlandı ki, qurtarıb
nə olasıyam. Mənim əvəzimə Salman cavab verdi: qurtarıb,
dedi, əclaf olacaq. Kişi onda xırda-xırda güldü, gülə-gülə
də, elə danışma, dedi, ağıllı oğlana oxşayır.
Onun güldüyünə görə ilk dəfəydi Salmandan incimə-
mişdim.
Qış imtahanları vaxtı, Salmanın qılığına girmək üçün,
dükana, az qala, hər gün gəlirdim.

92
   87   88   89   90   91   92   93   94   95   96   97