Page 94 - "Yolüstü söhbət"
P. 94
Feyzi kişi başını da qaldırmadı. Ayağını sürüyə-sürüyə
çıxıb getdi.
Mən yenə dinc dura bilmədim:
– Heç yaxşı eləmədin, qoca kişidi…
O, bayaqkı hikkəylə üstümə qışqırdı:
– Sən də mumla, – dedi, – hamısı mənim üçün yaxşı
adam çıxıb, qanacaqlı çıxıb. Xoşun gəlmir, dur, sürüş bur-
dan.
Mən də durub, kitab-dəftərimi yığışdırıb “sürüşdüm”.
Ancaq üç-dörd gündən sonra heç nə olmamış kimi qayıdıb
gəldim.
Bir axşam sahə müvəkkili qapının ağzında peyda oldu.
Salman o saat cibini eşələdi. Amma sahə müvəkkili demə
başqa şeyə gəlibmiş. Feyzi kişinin şəklini göstərdi.
Məlum oldu ki, səhər-səhər bazardan meyitini tapıblar,
indi ünvanını axtarır. Bizdən də bir şey öyrənə bilməyib
getmək istəyəndə, gözü Salmanın əlindəki pula sataşdı.
– Deyəsən, pul vermək istəyirdin, – dedi, – utanma, ver
gəlsin.
Salman mənə baxdı:
– Böyüyəndə nə olacaqsan, ə?
– Əclaf olacağam, – dedim.
Salman gülümsədi:
– Ay sağ ol. Pul bu dəfə sənə çatır.
Və mən onun verdiyi pulu götürmək üçün əlimi uzatdım.
94