Page 98 - "Yolüstü söhbət"
P. 98
sı yaşdasa keçirirsən, oddan, sudan adlayıb dünyayla
barışırsan, gec-tez hər şeyi olduğu kimi qəbul eləyirsən.
Elə bunları Nərgizə deyirdi, istəyirdi ona kömək eləsin,
təsəlli versin, ümidsizliyin, düşkünlüyün ötəri olduğuna
inandırsın. Bir ətrafına bax, deyirdi, hamı sənin kimidi,
hərənin öz dərdi-səri var, öz qayğıları var. Heç kim qeyri-
adi həyat sürmür, kimsə vur-tut o birindən bekara yaxşı
dolanır. Evindəki mebel o birisininkindən bir az qəşəngdi.
Gəzmək, görmək, dincəlmək imkanı bir az çoxdu; əgər sən
bunları xoşbəxtlik sayırsansa, qibtə eləməyə dəyməz, çünki
bunları hamı qazana bilər, bu, hamının öz əlindədi. Danışa-
danışa da bir laqeydlik duyurdu. Hiss eləyirdi ki, sözləri
ürəkdən gəlmir, içini qımıldatmır. Gözündə hamı cılızlaşırdı,
mənasızlaşırdı, böyür-başında gördüyü elə bil ölü
adamlarıydı, öz arzularını, istəklərini öldürmüş adamlar;
kövrəlirdi, gözləri dolurdu, çünki o da bu adamlardan bi-
riydi, arzularının heç mində birinə də çatmamışdı, heç
vaxt istədiyi kimi yaşayammamışdı, özünü ağrıtmamaq
üçün bacardığı arzulamamaq, arzusuz yaşamaq olmuşdu.
Sən indi elə yaşdasan ki, deyirdi, hamını yaxşı görmək is-
təyirsən. Pisliyin üstündən keçə bilmirsən, yaxşı saydığın
adamda pis bir şey tapan kimi bədbinləşirsən, ondan da,
özündən də, dünyadan da zəhlən gedir, amma vaxt gələcək,
pisdə yaxşı axtaracaqsan, o yaxşını tapanda sevinəcəksən,
o adamı başa düşə biləcəksən. Nərgiz ona dinməzcə qulaq
asırdı, onu eşidib-eşitmədiyini, onun keçirdiyi hissləri
keçirib-keçirmədiyini necəsə sezdirmirdi, ona görə boş
yerə danışdığını fikirləşib, bəzən həvəsdən düşürdü, yarı
yolda söhbəti dəyişirdi, hərdən də zarafata salıb, məhəb-
bətdən söz açırdı, bədbinliyinin heç kimi sevmədiyindən
olduğunu deyirdi. Nərgiz bircə bu vaxt bir az canlanırdı,
98