Page 103 - "Yolüstü söhbət"
P. 103
hərlərdən heç nə ummayacaq, axşamlar şöbədə tək-tənha
qalmaq cəhənnəm əzabına dönəcək. Sonra onu da fikirləşdi
ki, görən, öz adını eşitsəydi, həmin an nə deyəcəkdi, nə
eləyəcəkdi. Yəqin xoşbəxtlik deyilən şeyi hiss eləyəcəkdi,
indiyə kimi nələr keçirdiyini, onu necə gözlədiyini, ondan
ötrü necə darıxdığını deyəcəkdi. Bəlkə də xoşbəxt-xoşbəxt
susacaqdı, istədiyini almış adam rahatlığı ilə özünü
qurudacaqdı; guya bu, onun üçün gözlənilməzdi, bunu
heç ağlına da gətirmirmiş, yəqin hələ ona ağıl da verəcəkdi,
deyəcəkdi, gəl gözləyək, hər şeyi beləcə də saxlayaq, elə
bilək aramızda bu söhbət olmayıb, sən də öz ürəyinə qulaq
as, yaxşı-yaxşı düşün, bəlkə ötəri bir hissdi, keçib-gedəcək,
unudulacaq. Bəs sonra? Sonrasını beləcə düzüb-qoşa bilərdi,
yəqin, hələ çox düzüb-qoşacaqdı da. Ancaq bir şeyi yaxşı
başa düşürdü ki, bunların hamısı yalan olacaqdı və heç
biri ürəyinə toxtaqlıq gətirməyəcəkdi.

103
   98   99   100   101   102   103   104   105   106   107   108