Page 106 - "Yolüstü söhbət"
P. 106
Köşklə, ağ xalatı, qırxıq başı ilə Sadıq dayı məhəlləmizə
qonur gözlərində açıq-aşkar duyulan bir kədər də gətirmişdi.
Zarafat eləyəndə, gülüb-danışanda da o kədər gözlərindən
boy göstərirdi.
Biz o kədərin arxasına düşüb Sadıq dayı barədə çox şey
öyrənmişdik.
Nəyisə öz dilindən eşitmişdik, nələrisə qulağımız çalmışdı,
nələrisə özümüzdən uydurmuşduq.
“Bilmirəm bu qızlar nə tapmışdı onda. Gözəl-zad deyildi.
Doğrudu, çirkin də deyildi. Ortaboy, tökməbədən, qaraşın.
Şabalıdı gur saçları varıydı. Gündə bir fason çıxarırdı, gah
dala darayırdı, gah alnına tökürdü. Gözləri də altdan-
altdan qayır-qayır qaynayırdı”.
“Bir yerdə duran deyildi. Subaylıq bambaşqa, canı cə-
hənnəm. Evlənəndən sonra da vərdişini tərgitməmişdi.
Ailə, arvad, uşaq, di gəl, yenə onun-bunun tumanının da-
lınca qaçırdı”.
“Qadınları kim sevmir ki. Əgər kimsə məni xoşlayırsa, mə-
nim də ondan xoşum gəlirsə, niyə axı istəyimi boğmalıyam”.
Ancaq günlərin bir günü ayılmışdı ki, qadınlar onu çək-
mir, onda hiss, həyəcan oyatmır. Bərk qorxmuşdu ki, qadın-
lara həvəsi birdəfəlik ölə, onlara heç yaxın gedə bilməyə.
“Dedim, ay dadi-bidad, nə tez, hələ mənim nə yaşım var.
Doğrudanmı, hər şey qurtardı? Sonra böyür-başıma baxdım,
gördüm, yox, məsələ başqa cürdü. Arxalarınca düşdüyüm,
görüşdüklərimdi məni çəkməyən, ürəyimi yerindən oy-
natmayan. Nə hiss, nə sevgi – tez, əziyyətsiz ələ keçirmək
üçün belələrinə yaxınlaşırammış”.
Yaşadığı həyat ona mənasız görünmüşdü. Ömrü ağır
bir yük kimi onu sıxmışdı. Bir vaxt ona sevinc gətirən
anları təkrar xatırlamaq da dadına çatmırdı. Həmin yalançı
xoşbəxtliyə görə özünə yazığı gəlirdi.
106