Page 110 - "Yolüstü söhbət"
P. 110
GÜNORTA
Q ıraqdan baxanda deyərsən bu saat evdə heç kim
yoxdu. Günortanın istisi hay-küy sevmir, hər şey
nəfəsini içinə çəkib.
Qapı açıqdır, yüngül meh cunanı öz şeytan əlilə hərdən-
hərdən tərpədir. Gün düz artırmaya düşüb, elə bil mısıb
qəfilcə qorxutmaq üçün içəridən çıxacaq adamı gözləyir.
Amma yox, o bilir ki, həmişə beləcə qapını kəsdirəndə heç
kim otaqdan çıxmır, onun çəkilib getməsini gözləyirlər.
Artırmanın altı boyaboy zirzəmidi, orda qarı uşaqları
üçün cürbəcür mürəbbələr saxlayır. Gün işığının bir ilməsi
süzülüb zirzəminin içinə düşüb. Ora sərindi. Yəqin istidən
təntimiş şüa orda sərinlikdən məst olub.
Kənardan ev dincini almaq üçün yükünü yerə qoymuş
qocaya oxşayır. “Qocanın” pal-paltarı əldən çıxıb, rəngi
gedib. Uşaqlar gələndən-gələnə nəsə eləmək istəyirlər, ba-
cardıqları yeri rəngləyirlər, suvayırlar, ağacları budayırlar,
şitil basdırırlar. Kişi onlara göz qoyub bağ-bağat işini ya-
dırğamadıqlarından razı qalır.
Həyəti səhərlər gündən iri tut ağacı qoruyur. Dəymiş
tutlar səbirsizlikdən çırpılacaqlarını gözləyəmmirlər, qopub
110