Page 115 - "Yolüstü söhbət"
P. 115
Günün əli daha artırmadan qopub, qarının su səpdiyi
həyətə çəkilib. Bayaqkı odu, istisi indi yoxdu, olan-qalan
istisini də suya verib damcı-damcı buxarlanır.
Qarı çaydanı, çayniki çardağın altına aparıb. Körpə hələ
də kişinin qucağındadı. Kişi gözlərini yumub, indi özü elə
qırışlı, cod sifəti ilə meyvəsi soğulmuş armud ağacına ox-
şayır.
Hava sakitdi. Meh deyilən nəsə hərdən-hərdən əsib
ağacları öz dillərində danışdırır. Torpaqla səmanın qucağına
sığınmış hər şeydən durub-duracaq dünyanın qocalığı,
əbədiliyi hiss olunur. Baxanda heç adamın inanmağı gəlmir
ki, günlər keçəcək, nə vaxtsa bu iki qocanın kölgəsi tut
ağacının kölgəsinə qarışmayacaq, daşın-divarın, torpağın,
öz əlləri ilə basdırdıqları ağacların yaddaşından onların
nəfəsi, izi silinib gedəcək.
Ölüm haqda qocalar heç vaxt fikirləşmirlər. Bir yana
qalanda, axı ölüm nə olan şeydi? Əgər adam yox olub ge-
dirsə, bəs onda sirli-sirli qığıldayan bu körpə nədi?
Həmişə adını tutmadıqları bu evə çatanda ölüm mələyi
də öz gücsüzlüyünü hiss eləyir, qorxusuz yaşayan bu evin
üstünə qanadlarını toxundurammır.
Və günlər, aylar dolanacaq, nə vaxt gəlsəniz, siz də bu
evi mən qoyub getdiyim kimi tapacaqsınız. Qabağınıza tut
ağacı çıxacaq, bax onda qocaları həmin tut ağacından soru-
şarsınız.
Ağacların dilinisə dünyada hamı başa düşmür.
115